IQNA

“Kəbə Mövludu” bayrağının İmam Əli (ə) hərəminin günbəzində dalğalanması

8:03 - December 29, 2025
Xəbər sayı: 3499491
İQNA –Müqəddəs İmam Əli (ə) Hərəminin mübarək həyətində İmam Əli ibn Əbu Talibin (ə) mövlud günü münasibətilə bayraq qaldırma mərasimi keçirilib.

“İQNA”-nın “əl-Fərat” agentliyinə istinadla verdiyi xəbərə görə, Müqəddəs Əli Hərəmi rəsmi bəyanatında bildirib:   “Əmirəlmöminin Əli (ə) hərəminin mübarək kölgəsi altında, vilayətin müqəddəs nəfəsilə və İmam Əli ibn Əbu Talibin (ə) mövlud gününün sevincində vilayət bayrağı ucaldılıb.” 

Müqəddəs Əli (ə) Hərəminin rəhbərliyi əlavə edib:   “Hər kəs bu mübarək hadisə münasibətilə Əmirəlmöminin Əli ibn Əbu Talibin (ə) mövlud bayrağının qaldırılması mərasimində iştirak etməyə dəvət olunur. Bu mərasim bazar günü səhər saat 8-də mübarək həyətdə keçirilib.” 

Müqəddəs Əli (ə) Hərəmi, 13 Rəcəb günü bu böyük imamın mövludunu yad etmək məqsədilə bütün şöbə və bölmələrin iştirakı ilə bir həftə davam edəcək geniş proqram hazırlayıb. Bundan əlavə, bu münasibətlə hərəmi ziyarətə gələn zəvvarlara xidmət üçün xüsusi tədbirlər görülüb. 

Bu münasibətlə Müqəddəs Əli (ə) Hərəmi, İmam Əlinin (ə) mübarək hərəmini minlərlə ətirli güllərlə bəzəyib. 

4325388

captcha