
“İQNA”-nın “Səba Net” agentliyinə istinadla verdiyi xəbərə görə, Qəzza zolağı dünən, dekabrın 29-da iki ildən artıq davam edən müharibə və sionist düşmənin soyqırımına baxmayaraq, bir qrup qız hafizin məzuniyyət mərasiminə şahidlik edib.
Bu mərasim “əl-Məğazi” bələdiyyəsinin təşəbbüsü və Qəzza zolağının mərkəzi bölgəsinin Vəqflər İdarəsinin əməkdaşlığı ilə “əl-Məğazi” düşərgəsində təşkil olunub. Tədbirdə bir sıra məsul şəxslər, sakinlər və hafizlərin ailələri iştirak ediblər.
Bu proqram bir müddət əvvəl ABŞ-da Qurani-Kərimə qarşı edilən hörmətsizliyə cavab olaraq keçirilib.
Qəzzanın mərkəzi bölgəsinin məsullarından Məryəm Əsdudi “Səba Net”-ə açıqlamasında deyib: “Fələstin xalqı, xüsusilə Qəzza zolağı bütün yaralara və ağrılara baxmayaraq, bu qrup şagirdlər yorulmadan və tənbəllik etmədən Allahın kitabını tam şəkildə əzbərləməkdə israrlı oldular.”
O əlavə edib: “Bu hafizlərin çoxu şəhid və yaralıların övladlarıdır. Onların iradəsi və əzmi Qurani-Kərimi tam əzbərləmək gücünə dayaq olub. Qələbə və güc Qəzza xalqının və bütövlükdə Fələstin millətinin haqqıdır.”
Əsdudi vurğulayıb: “Bu hafizlər bütün ağrı və yaralara baxmayaraq, Qurani-Kərimi Allaha yaxınlaşmaq vasitəsi ediblər. Bu iş sionistlərin təcavüzü nəticəsində qarşılaşdıqları böhranları yüngülləşdirir.”
O qeyd edib: “Qurani-Kərimə hörmətsizlik fələstinliləri Qurandan uzaqlaşdırmayacaq. Allahın kəlamı həmişə qəlbimizdə və zehnimizdədir. Biz ondan əl çəkməyəcəyik və Fələstinin bir qarış torpağından da vaz keçməyəcəyik.”
Əl-Məğazi bölgəsinin Quran məsullarından Əla Əbutalib isə deyib: “Məscidlərin dağıdılmasına baxmayaraq, bu, şagirdlərin Allahın kitabını əzbərləmək səylərinə mane olmayıb.”
O vurğulayıb: “Qurani-Kərim hafizləri bu yolu davam etdirəcəklər. Çünki Quran Qəzza əhalisinin və İslam ümmətinin həyat tərzidir.”
4325927