IQNA

İspaniya futbol ulduzu: “Məscid insana böyük bir rahatlıq hissi verir”

8:34 - January 07, 2026
Xəbər sayı: 3499554
İQNA – Barselona və İspaniya millisinin ulduzu Lamin Yamal məscidin özünə verdiyi sakitləşdirici təsirdən danışıb.

“İQNA”-nın “əl-Qahirə 24” portalına istinadən verdiyi xəbərə görə, Barselona klubunun və İspaniya milli komandasının gənc futbolçusu Lamin Yamal Dubayda yerləşən Şeyx Zayed məscidini ziyarət etdikdən sonra hisslərini bölüşərək vurğulayıb ki, məsciddə olmaq ona dərin bir rahatlıq bəxş edir. 

Onun Şeyx Zayed məscidinə səfəri Dubayda keçirilən “Globe Soccer” mükafatlandırma mərasimində iştirakı zamanı baş tutub. Yamal bu nüfuzlu tədbirdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər etmişdi. 

“Globe Soccer” mərasimində 2024–2025 mövsümü üçün İspaniya liqasının ən yaxşı ulduzları təltif olundu. Bu tədbirdə Yamalın komanda yoldaşı Rafinya ən yaxşı futbolçu, Hansi Flik isə ən yaxşı məşqçi seçildi. Yamal isə «ən yaxşı gənc futbolçu» mükafatına layiq görüldü. 

Yamal Şeyx Zayed məscidini ziyarətindən sonra hisslərini belə ifadə edib: “Bir günü məsciddə keçirdik və səmimi desəm, məscid insana böyük bir rahatlıq hissi verir; hansı dinə mənsub olmağınızdan asılı olmayaraq, ora getsəniz, bu rahatlığı hiss edəcəksiniz.” 

İspaniyalı ulduz vurğulayıb ki, məscidin mənəvi mühiti hər bir ziyarətçiyə, dini mənsubiyyətindən asılı olmayaraq, dərin bir rahatlıq hissi bəxş edir. 

O, həmçinin bildirib ki, müsəlman olması onda şəxsi rahatlıq və sülh hissini daha da gücləndirir. 

4327440

        

captcha