IQNA

İraq hizbullahı: “İslam Cümhuriyyətindən müdafiə etmək ümmətin müqəddəslərini qorumaqdır”

13:30 - January 13, 2026
Xəbər sayı: 3499566
İQNA – İraq hizbullahının baş katibi müqavimət oxunun ehtimal olunan hər bir təcavüzdə İran İslam Cümhuriyyətinin yanında olacağına işarə edərək bildirib: “Şərii və əxlaqi vəzifə tələb edir ki, şər qüvvələr tərəfindən mühasirə olunan şərafətli İran xalqının yanında dayanaq. Çünki İslam Cümhuriyyətindən müdafiə etmək ümmətin müqəddəslərini qorumaqdır”.

“İQNA”, İraq qaynaqlarına istinadən xəbər verir ki, İraq hizbullahının baş katibi Əbul-Hüseyn Əl-Həmidavi rəsmi bəyannamə sadir edərək vurğuladı: “Müqavimət oxu ehtimal olunan hər bir təcavüzdə İran İslam Cümhuriyyətinin yanında olacaq”.

O, bu bəyannamaədə Amerikaya xəbərdarlıq etdi ki, İran əleyhinə hər bir yeni müharibə asan olmayacaq. Həqiqətdə, onun mənfəətlərini məhv edən və onu xar edən bir od olacaq”.

Əl-Həmidavi bildirib ki, bu gün haqq ilə batil arasındakı müharibədə yeni bir fəslin açıldığını görürük. Haqq cəbhəsi Allahın lütfü ilə aydın bir kimliyə sahibdir. Amma dünya batil cəbhəsini tanıyır. Onun azadlıq istəyən və imperializmə qarşı gələn xalqlara qarşı düşmənçiliyini bilir.  Onların şeytani hədəflərinə alət olmağı qəbul edənlərdən başqa heç kim onların zülmündən amanda qalmayıb.

O, əlavə edib: “Batil cəbhəsinin başçısı Həzrət Məhəmmədin (s) İslamın qalası və ümmətin izzət qaynağı və iftixaq qalxanı olan İran İslam Cümhuriyyətinə qarşı müharibə hazırlığındadır”.

Əl-Həmidavi qeyd edb ki, şərii və əxlaqi vəzifə tələb edir ki, müqavimət qüvvələri şər gücləri tərəfindən mühasirə olunan şərafətli İran xalqının yanında dayansın. Çünki İslam Cümhuriyyətindən müdafiə etmək ümmətin müqəddəslərini qorumaqdır”.

O, vurğulayıb: “İranlı qardaşlarımıza deyirik ki, şad və çətin günlərinizdə sizinləyik. İran xalqından və müqəddəslərindən müdafiə etməkdə bizim mövqeyimiz aydındır”.

4328357

Teqlər: İraq ، hizbullah ، iran ، amerika ، müharibə
captcha