“İQNA”, İslami mədəniyyət və əlaqələr təşkilatına istinadən xəbər verir ki, İran kəlimilər dini mərcəi Yunis Həmmami Laləzar, Şərq Aşuri kilsəsinin böyük keşişi Benyamin Marenrəsay və Tehran zərtüştlər təşkilatının üzvü Mobid Hormoz Xosrəvani terrorist cinayətlərini və iğtişaşçıların dini məkanların, imamzadələrin və məscidlərin hörmətini sındırmalarını məhkum edib.
Onların fikrinə əsasən, İran, bütün dinlərin sülh şəraitində yaşadığı bir yerdir. İranlılar həmişə müqəddəs kitablar, məkanlar və müqəddəs kitablarda zikr olunmuş Allahın adının hörmətini saxlayıblar.
Onlar vurğulayıblar ki, İslam, ölkənin əsil dini olaraq əsas rol oynayır. Həmçinin bütün dini inanclara hörmət göstərmək milli birliyi qorumaq üçün zəruridir.
4328445