IQNA

16:26 - January 14, 2026
Xəbər sayı: 3499569

İran: Trampın açıqlamaları İran daxilində açıq şəkildə aqressiya yaradır

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi və səfiri ABŞ prezidenti Donald Trampın müdaxiləçi açıqlamalarının İran daxilində açıq şəkildə aqressiya yaratması və hərbi müdaxiləyə təhdid olduğu barədə BMT-nin Baş katibinə məktub ünvanlayıb.

İran: Trampın açıqlamaları İran daxilində açıq şəkildə aqressiya yaradır

Səfir Əmirsəid İrəvani, BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib: ABŞ və İsrail rejimi, ölkə sakinlərinin, xüsusilə də gənclərin həyatlarını itirmələrində birbaşa məsuliyyət daşıyırlar.

O, əlavə edir: Belə məsuliyyətsiz açıqlamalar, ölkədə siyasi qeyri-sabitlik yaradır, aqressiyaya səbəb olur və İran İslam Respublikasının ərazi bütövlüyünü və milli təhlükəsizliyini təhdid edir.

IRNA

captcha