“İQNA”, “Şəhab” agentliyinə istinadən xəbər verir ki, Nəsir Xəstəxanasının Uşaq Şöbəsinin rəhbəri Əhməd əl-Fəra xəbərdarlıq edib ki, havanın kəskin soyuması və Qəzza zolağının sakinlərinin köçkün vəziyyətinin davam etməsi şəraitində bu zolaqda daha çox körpə həyatını itirəcək.
Hesabata görə, yüz minlərlə fələstinli məcburi köçkün, ən ibtidai istilik və qorunma vasitələrindən məhrum olan çadırların içərisində çox ağır şəraitdə yaşayır.
Əl-Fəra, Qəzza zolağında ən azı yeddi körpənin şiddətli soyuğa görə həyatını itirdiyini bildirib və gələn günlərdə bu vəziyyətin daha da pisləşəcəyini söyləyib.
Sionist rejimi 7 oktyabr 2023-cü ildə iki əsas məqsədlə – Həmas hərəkatını məhv etmək və sionist əsirləri bu ərazidən qaytarmaqla Qəzza zolağına qarşı müharibəyə başladı, lakin bu məqsədlərə çatmaqda uğursuz oldu və Həmas hərəkatı ilə əsir mübadiləsi üzrə razılığa gəlməyə məcbur oldu.
İslami Müqavimət Hərəkatı Həmas, 9 oktyabr 2025-ci il cümə axşamı günü verdiyi bəyanatla Qəzza zolağında müharibənin başa çatması və əsir mübadiləsi ilə bağlı razılığa gəldiyini rəsmən elan etdi.
Sionist rejiminin ordusu da 10 oktyabr 2025-ci il şənbə günü günorta Qəzza zolağında atəşkəsin tətbiq olunduğunu rəsmi şəkildə açıqladı, lakin onun tətbiqində maneəçilik etməyə davam edir.
ABŞ dəstəyi ilə sionist rejiminin Qəzza zolağına təcavüzü, fələstinlilərin soyqırımından əlavə, geniş dağıntılara səbəb olub ki, bu da Qəzza zolağının infrastrukturunun 90 faizinin məhv olmasına gətirib çıxarıb. Birləşmiş Millətlər Təşkilatı bu zərərin bərpa olunma dəyərini təxminən 70 milyard dollar qiymətləndirib.
4329585