IQNA

Məkkə Quran Muzeyində "Kufi Quranı"nın Tarixi Nüsxəsinin Nümayişi

11:00 - January 25, 2026
Xəbər sayı: 3499618
İQNA – Məkkədəki Quran Muzeyində "Kufi Quranı" adlanan, çox qiymətli və tarixi bir əl yazması Quran nüsxəsi nümayiş olunur.

“İQNA”, İraqın rəsmi xəbər agentliyindən istinadən xəbər verir ki, bu muzey tarixi dəyəri çox yüksək olan ən nadir Quran nüsxələrindən biri olan "Kufi Quranı"nı sərgiləyir. Bu nüsxə Quranın tərtib edilməsi prosesində mühüm bir dəlildir.

Bu Quran ilk əsrlərdə İslam xəttatlıq sənətinin necə inkişaf etdiyinin aydın bir sübutudur.

Müqəddəs Quranın bu nüsxəsi hicri təqvimlə 2-ci və ya 3-cü əsrlərə, miladi təqvimlə isə 8-ci və ya 9-cu əsrlərə aiddir. Dəri üzərinə Kufi xətti ilə yazılmışdır. Dəri, Quran nüsxələrinin yazılmasında istifadə edilən ən qədim materiallardan biridir.

Bu hesabatda qeyd olunur ki, bu Quran üfüqi formatda tərtib edilmişdir. Quranın yazılmasının ilk dövrlərində bu format geniş yayılmışdır və həmin tarixi dövrün incəsənət və texniki xüsusiyyətlərini əks etdirir.

Bu Quran nüsxəsi Ali-İmran surəsinin 50-ci ayəsindən başlayır və Əbəsə surəsinin sonuna qədər davam edir. Bu, ilk dövrlərdə yayılmış olan hissə-hissə Quranlara nümunədir.

Bu cür Quranlardan təhsil məqsədləri, Quranı əzbərləmək və həmçinin alimlər və dini təhsil alan tələbələr arasında mübadilə üçün istifadə olunurdu.

Bu Quranın sərgilənməsi Məkkə Quran Muzeyinin missiyası çərçivəsində həyata keçirilir. Məqsəd Quran xəzinələrini və nadir əlyazmaları təqdim etmək, ziyarətçiləri müqəddəs Quranın tarixi, ərəb yazısının inkişafı və əsrlər boyu müsəlmanların Quranı ən gözəl şəkildə qorumaq və yazmaq səyləri ilə tanış etməkdir. Bu tədbir eyni zamanda "Hira Mədəniyyət Rayonu"nun ziyarətçilərinin mədəni və intellektual təcrübəsini artırmağa da kömək edir.

4329829

captcha