IQNA

Haaretz: İranın hücumlarında 21 nəfər öldü və 4000‑dən çox insan yaralandı

17:36 - March 22, 2026
Xəbər sayı: 3499977
İQNA – İsrailin Haaretz qəzeti yazıb ki, İranın bombardmanı nəticəsində 21 israilli həlak olub və 4000‑dən çox insan yaralanıb.

“İQNA”-nın məlumatına görə, Haaretz İsrail mənbəsinə istinadən bildirib ki, İsrailin hava hücumundan müdafiə sistemi müharibənin əvvəlindən bəri 26 kaset bombası ilə bağlı heç bir müdaxilə edə bilməyib və həmin bombaların döyüş başlıqları 150 nöqtəyə düşüb.

Digər tərəfdən, İsrailin Israel Hayom saytının yazdığına görə, cümə günü İsrailin mərkəzinə tərəf atılan İran raketlərindən biri kaset tipli raket olub.

Bundan əlavə, İsrail rejiminin Səhiyyə Nazirliyi bu gün (cümə günü) bildirib ki, son 24 saat ərzində raket hücumları nəticəsində yaralanan 150 nəfər xəstəxanalara yerləşdirilib.

Əl-Cəzirə yazıb: “İsrail Səhiyyə Nazirliyinin məlumatına əsasən, xəstəxanalara yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağırdır”.

4342039

captcha