
“İQNA”-nın “Əl‑Aləm”-ə istinadən verdiyi xəbərə görə, Suriyanın SANA agentliyinə danışan təhlükəsizlik mənbəyi bildirib ki, Dəməşq müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi Rifah Dəməşq bölgəsində – “Səyyidə Zeynəb” məhəlləsində baş verən partlayışı diqqətlə araşdırır.
Agentlik qeyd edib ki, ilkin məlumatlara əsasən, partlayış naməlum bir şəxsin mülki nəqliyyat vasitəsinə əl bombası atması nəticəsində baş verib və hadisə zamanı bir mülki şəxs yaralanıb.
Nazirlik əlavə edib ki, təhlükəsizlik qüvvələri araşdırma aparmaq üçün ərazini tam mühasirəyə alıblar.
Həzrət Zeynəb (s) hərəmindəki xətibin şəhadəti
İlkin xəbərlərdə bu gün Səyyidə Zeynəb bölgəsində baş verən partlayışda Seyyid Fərhan Həsən əl‑Mənsurun yaralandığı bildirilirdi, lakin sonradan bəzi mənbələr onun şəhid olduğunu təsdiqləyib.
Suriya mənbələrinin məlumatına görə, Suriyanın Şiə Alimləri Heyətinin üzvü və Həzrət Zeynəb (s) hərəmində xətiblik edən Seyyid Fərhan Həsən əl‑Mənsur aldığı ağır xəsarətlər səbəbilə şəhadətə yüksəlib.
Bu şiə alimi bu gün Səyyidə Zeynəb bölgəsində naməlum şəxslərin əl bombası ilə həyata keçirdiyi terror hücumunun hədəfi olub və nəticədə şəhid edilib.
4349731