IQNA

Quardiola: Yamalın Fələstinə dəstəyi qürurvericidir

15:05 - May 16, 2026
Xəbər sayı: 3500349
İQNA – “Mançester Siti”nin baş məşqçisi Pep Quardiola, “Barselona”nın gənc ulduzu Lamin Yamalın Fələstinə dəstək göstərdiyi üçün tənqid olunmasına cavab olaraq bildirib ki, futbolçuların humanitar və siyasi məsələlər barədə fikir bildirmək haqqı var və Yamalın mövqeyi qürur duyulasıdır.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, bir jurnalist Quardiolaya “Futbolçular futboldan kənar mövzulara qarışmamalıdırmı?” sualını verəndə, o belə cavab verib:

“Bəs sən özün sənə aid olmayan mövzulara qarışmamalısan? Sən buraya yalnız ‘Kristal Palas’ oyunu barədə sual verməyə gəlmisən?”

O əlavə edib: “Amma cavab verirəm… Futbolçular milyonlarla insan üçün nümunədir və onların səsi təsirlidir. Buna görə də lazım bildikdə öz fikirlərini demək hüququna malikdirlər.”

İspaniyalı məşqçi sözlərini belə davam etdirib: “Əgər ailən orada, dağıntılar altında olsaydı, yenə də burada dayanıb topun arxasınca qaçan bir oyunçu barədə danışardın? Əlbəttə ki, yox.”

Quardiola vurğulayıb: “Bizim nə barədə danışacağımızı sən seçmirsən. Yamalın mövqeyi elə bir mövqedir ki, ona qürur duymaq lazımdır; elə bir mövqe ki, bu gün bütün dünyanın müzakirə mövzusuna çevrilib.”

4351988

captcha