IQNA

Türkiyə liqasında çempionluq bayramında Fələstinə dəstək

15:51 - May 17, 2026
Xəbər sayı: 3500356
İQNA – Türkiyə Super Liqasında çempionluq sevincini yaşayan “Qalatasaray”ın fransalı futbolçusu Sasha Boe mərasimdə Fələstin bayrağı ilə çıxış edərək diqqətləri özünə cəlb edib.

“İQNA”-nın “Ərəbi 21”-ə istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə azarkeşlər 24 yaşlı fransalı müdafiəçinin meydanda Fələstin bayrağını daşıdığı anların foto və videolarını geniş şəkildə paylaşıblar.

Boe son illərdə “Qalatasaray”ın ən parlaq futbolçularından biri hesab olunur. O, sağ cinah müdafiəçisi kimi çıxış edir və bundan əvvəl “Bavariya” klubunda da oynayıb.

Bu hadisə, bir neçə gün əvvəl İspaniya millisinin gənc ulduzu Lamin Yamalın oxşar addımından sonra baş verib. Yamal da “Barselona”nın La Liqa çempionluğunu qeyd etdiyi mərasimdə Fələstin bayrağını çiyinlərinə almışdı.

Yamalın bu hərəkəti İsrail mediası və rəsmiləri tərəfindən sərt tənqid olunsa da, eyni zamanda İspaniya mediası və ölkənin baş naziri tərəfindən geniş şəkildə alqışlanıb və onlar gənc futbolçunun mövqeyini açıq şəkildə müdafiə ediblər.

Bu, Fələstin bayrağının “Qalatasaray”ın çempionluq şənliklərində ilk görünməsi deyil. Mərakeşli ulduz Hakim Ziyeş iki il əvvəl, Qəzza zolağına qarşı müharibə zamanı, komandanın çempionluq bayramında özünü Fələstin bayrağına bürümüşdü.

4352526

captcha