IQNA

Türkiyədə “Hüseyn (ə) İslam Birliyinin Rəmzidir” mövzusunda konfransın keçirilməsi

11:17 - June 01, 2026
Xəbər sayı: 3500456
İQNA – “İmam Hüseyn (ə): İslam Birliyinin Rəmzi» adlı üçüncü illik konfrans İstanbulda keçirilib. Konfransın natiqləri İmam Hüseynin (ə) ümmətin birləşdirilməsindəki rolunu vurğulayıblar.

“İQNA”-nın “Əl-Ətəbatul Hüseyniyyə” rəsmi saytına istinadən verdiyi xəbərə görə, “İmam Hüseyn (ə): İslam Birliyinin Rəmzi” adlı üçüncü illik konfrans İstanbulda keçirilib.

Əl-Ətəbatul-Hüseyniyyənin Beynəlxalq Media Mərkəzinə tabe olan İmam Hüseyn Mədəni Mərkəzinin təşkilatçılığı və Türkiyədəki Əhli-Beyt Fondu ilə əməkdaşlıqda keçirilən bu konfransda Kərbəla müqəddəs şəhərindən rəsmi heyət iştirak edib.

Bağçılar Bələdiyyəsinin böyük zalında keçirilən bu illik tədbir Qurani Kərimdən ayələrin oxunması ilə başlayıb. Bundan sonra Əhli-Beyt Məclisinin sədri Şeyx Əli Əkbər Yurtsun iştirakçılara xoş gəldin söyləyib. O, çıxışında Əl-Atəbətul-Hüseyniyyənin müsəlmanlar arasında əlaqə və qardaşlıq körpüsü olduğunu vurğulayıb. O, həmçinin bu konfransın koordinasiyası və keçirilməsində İmam Hüseyn (ə) Mədəni Mərkəzinin görkəmli roluna görə təşəkkür edib.

Əl-Ətəbatul-Hüseyniyyənin nümayəndəsi Şeyx Əli əl-Qəravi çıxışında deyib: “Biz müqəddəs Məhərrəm ayında əzəmət və azadlığın təcəssümü olan İmam Hüseynin (ə) bayrağı altında onun əbədi qiyamını ümmətin birliyinin rəmzi və haqqın həqiqi səsi kimi bir daha yada salmaq üçün toplaşırıq”. O qeyd edib ki, İmam Hüseyn (ə) “Mən yalnız babamın (Peyğəmbər) ümmətini islah etmək üçün qiyam edirəm” buyurduqda məqsədi bu nidanın əbədi qalması və ümməti iman və əməlisaleh yolunda birləşdirmək olub.

Şeyx əl-Qəravi sözlərinə davam edərək deyib: “Onun “Biz heç vaxt zillətə boyun əyməyəcəyik” kimi uca sədası “Allah kafirlərə möminlərin üzərində heç bir yol (hakimiyyət) verməz” (Nisa surəsi, 141) ayəsinin təfsiridir.

Bundan əlavə, Əl-Ətəbatul-Hüseyniyyənin Media şöbəsi sədrinin müavini Həsən Nimə vurğulayıb ki, hərəmin mediası peşəkarlıq və kimliyi birləşdirən missiyayönümlü layihədir və mərasimlərdən kənara çıxaraq insani məsələlər, ədalət və birgəyaşayış mövzularını əhatə edir.

O bildirib: “Medianız hadisələri işıqlandırmaqla məhdudlaşmır; müasir narahatlıqlara cavab verir, ifratçı ideologiya ilə mübarizə aparır və dünya ilə onların dilində danışır”.

O izah edib ki, İstanbulda İmam Hüseyn (ə) Mədəni Mərkəzinin açılışı bu yanaşma ilə uyğunlaşır və Türkiyə cəmiyyəti ilə intellektual və insani körpü rolunu oynayır. O, bu iştirakın digər ölkələrə də genişləndirilməsinə çağıraraq vurğulayıb ki, İmam Hüseyn (ə) ədalətsizlik qarşısında azadlığın əbədi nidası və həqiqətin susdurulduğu bir zamanda ədalətin səsidir.

Konfransın fəaliyyəti çıxışlarla məhdudlaşmayıb; o, həmçinin Əl-Ətəbatul-Hüseyniyyənin Media şöbəsi tərəfindən hazırlanmış sənədli filmlərin nümayişini də əhatə edib. Bu nümayişlər zəvvarələrə göstərilən səhiyyə, təşkilati və sosial xidmətlərə, həmçinin hərəmin təhsil, sosial rifah və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün xidmətlər sahəsindəki nailiyyətlərinə həsr edilmişdi.

Bundan əlavə, sərgi təşkil olunmuşdu. Bu sərgidə Kərbəlanın tarixini və irsini, onun dini və mədəni məkanlarını əks etdirən, həmçinin bu müqəddəs şəhərin xatirəsini yaradıcılıq pəncərəsindən əbədiləşdirən fotolar nümayiş etdirilirdi.

Növbəti gün bu tədbir İstanbulun Asiya hissəsində yerləşən Fatimeyi-Zəhra (s) məscidinə köçürüldü. Azadarlıq mərasimi İmam Hüseyn (ə) haqqında çıxışlar və mərsiyələrlə keçirildi. Bu mərasim, dini bilik yarışmasında iştirak edənlərə Əl-Ətəbatul-Hüseyniyyədən mübarək hədiyyələrin paylanması ilə yekunlaşdı.

Növbəti gün səhər Əl-Ətəbatul-Hüseyniyyənin ezam etdiyi heyət səfərini Qars şəhərinə davam etdirdi. Burada geniş xalq kütləsinin iştirakı ilə analoji tədbirlər keçirildi.

4355306

captcha