“İQNA”-nın "Şahid əl-An"a istinadən verdiyi məlumata görə, bu tətbiq tam rəqəmsal sistem vasitəsilə pulsuz olaraq və birbaşa Məscidül-Həramın daxilindən dünyanın müxtəlif ölkələrindən olan istifadəçilərin ixtiyarına verilir.
Məscidül-Həram və Məscidün-Nəbinin dini işlər rəhbərliyi elektron Quran qiraət proqramının Quran təliminin yayılmasına və cəmiyyətin bütün təbəqələri üçün onun öyrənilməsinin asanlaşdırılmasına kömək edəcəyini bildirib.
Bu proqram bir qrup kişi və qadın Quran müəllimindən bəhrələnərək və ən yeni rəqəmsal texnologiyalardan istifadə edərək istifadəçilərə təlim sessiyalarında qeydiyyatdan keçmək və birbaşa uzaqdan müəllimlərlə əlaqə yaratmaq imkanı verir.
Məscidül-Həram və Məscidün-Nəbinin dini işlər rəhbərliyi izah edib ki, bu tətbiq Quran təlimini yaş qruplarına və müxtəlif təhsil səviyyələrinə uyğunlaşdırmaq imkanı yaratmaqla yanaşı, qiraəti düzəltmək və təcvid qaydalarını öyrətmək imkanını da təmin edir və iki müqəddəs məscidin Quran kitabının tədrisi və mülayimliyə əsaslanan Quran təlimlərinin yayılması istiqamətindəki qlobal missiyasına uyğun olaraq istifadəyə verilib.
Bu mərkəz vurğulayıb: "Hərəmeyn tətbiqi dünyanın hər yerindəki zəvvar və Quran öyrənənlərə xidmət etmək üçün istifadəyə verilib və elektron platformalar və ağıllı tətbiqlər vasitəsilə Quran öyrənmək istəyənlər üçün təlim proqramlarından asan və rahat faydalanma imkanı yaradıb".
Məscidül-Həram və Məscidün-Nəbi dini işlər rəhbərliyinin açıqlamasına əsasən, Quran qiraətinin tədrisi tətbiqinin xidmətlərindən qeydiyyatdan keçmək və faydalanmaq üçün tətbiqi Apple App Store-dan (https://apps.apple.com/sa/app) və Google Play Store-dan (https://play.google.com/store/apps/details?id=com.eqrra.muqra.macca) yükləmək, həmçinin https://quran.prh.gov.sa/ saytına daxil olmaq mümkündür.
4355320