IQNA

10:47 - June 23, 2026
Xəbər sayı: 3500596

Pakistanın müdafiə naziri: İslamabad razılaşması Netanyahu üçün siyasi son deməkdir

İQNA – Xacə Məhəmməd Asif bildirib ki, sionist rejim ABŞ ilə İran arasında əldə olunacaq sülh razılaşmasını uğursuzluğa düçar etməyə çalışır.

“İQNA”-nın "Əl-Cəzirə"yə istinadən verdiyi xəbərə görə, Xacə Məhəmməd Asif deyib: "Bu razılaşmanın əldə olunması Netanyahunun siyasi sonuna və hətta onun həbsinə səbəb ola bilər".

Məhəmməd Asif əlavə edib: "Sionist rejiminin qərbli müttəfiqləri İordan çayının qərb sahili, Qəzza və Livanda törədilən soyqırımda şərikdirlər".

Eyni zamanda, "Bizim evimiz İsrail" adlı müxalifət partiyasının rəhbəri ABŞ ilə İran arasında razılaşmanı sionist rejiminin qurulduğu gündən bəri baş vermiş ən böyük siyasi fəlakət adlandırıb.

"Bizim evimiz İsrail" müxalifət partiyasının rəhbəri Aviqdor Liberman bazar ertəsi günü "X" sosial şəbəkəsində yazıb: "ABŞ ilə İran arasında razılaşma İsrailin qurulduğu vaxtdan bəri ən böyük siyasi fəlakətdir".

Netanyahu kabinetinin ABŞ hökuməti qarşısındakı itaətkarlığını tənqid edən Liberman deyib: "Biz dünya bazarlarındakı yanacaq qiymətlərinə əsasən deyil, İsrailin maraqlarına uyğun hərəkət etməliyik".

4359864

captcha