“İQNA”-nın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, bu xüsusi buraxılış "Əl-Huda" Beynəlxalq Mədəniyyət İnstitutunun təşəbbüsü və Şəhid Rəhbərin Əsərlərinin Qorunması və Yayılması Bürosunun beynəlxalq şöbəsi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. 108 səhifədən ibarət olan buraxılışa 8 qısa film, yeni rəhbərin tanıdılması ilə bağlı əvvəlki xüsusi buraxılışın linki və rəqəmsal vərəqlənə bilən versiya (e-book) daxildir.
Bu əsərdə şəhid rəhbərin tərcümeyi-halı, rəhbərlik dövrünün ən mühüm dönüş nöqtələri (o cümlədən, "İkinci addım bəyannaməsi" və "Avropa gənclərinə məktub"), strateji açar sözlər, yerli və xarici şəxsiyyətlərin baxış və təhlilləri, şəhadətə aparan proseslər, yeni rəhbərin seçilməsinin hüquqi mexanizmi, epik və emosional şeirlər, eləcə də bir sıra qısa kliplər toplanaraq tərtib edilib.
Layihənin icraçıları "Must Rise" xüsusi buraxılışını şəhid rəhbərin həyatı və düşüncələrinin tanıdılması üçün sənədli və etibarlı bir mənbə hesab edirlər. Onların fikrincə, bu əsər beynəlxalq media fəalları, tədqiqatçılar və analitiklər üçün istinad mənbəyi ola bilər. Həmçinin bu buraxılışın çap olunması, paylanması və müxtəlif dillərə tərcümə edilməsi imkanı onun digər xüsusiyyətlərindən biridir.
4361782