IQNA

Rəhman və Rəhim Allahın adı ilə

0:00 - January 01, 2013
Xəbər sayı: 2107



İQNA – mənəviyyat dünyasına açılan pəncərə!

Müqəddimə
İran Quran İnformasiya Agentliyi (İQNA) İslam dünyasında Qurani-Kərim üzrə ilk və yeganə ixtisaslaşmış informasiya agentliyidir. Biz daim çalışmışıq ki, İran və dünyanın müxtəlif xəbər və hadisələrini Quranın siyasi, mədəni, ədəbi, ictimai sahələrə, Quran üzrə fəaliyyətlərə, elm və düşüncəyə baxışları əsasında araşdırıb təhlil edək.

Tarixçə
İQNA İnformasiya Agentliyi hicri-qəməri 1424-cü ildə mübarək ramazan ayının 15-də (miladi 2004) fəaliyyətə başlayıb. İQNA əməkdaşları ilahi lütf, Qurani-Kərim göstərişləri, İmam Rahilin, Böyük Rəhbərin və İslam İnqilabının dəyərli şəhidlərinin yolunu izləmə sayəsində öz fəaliyyətinə gündə təkcə fars dilində 7 xəbər istehsal etməklə başlayıb.

Məqsədlər
1. Cəmiyyətin müxtəlif zümrələri arasında Qurani-Kərimin ilahi və insan tərbiyə edən maarifini yaymaq.
2. Ölkədə və dünyada Quran üzrə fəaliyyətlər haqqında aktual və yığcam informasiya vermək.
3. Müxtəlif sahələrdə Quran mövzularının istehsalı, qeydiyyatı və inikası.
4. Elmi, mədəni, ideoloji, siyasi, ədəbi, ictimai və digər sahələrdə Qurani-Kərim yanaşmalarının yayılması.
5. İİR-da movcud Quran fəzasının dünyaya inikası.
6. Cəmiyyətin müxtəlif zümrələrinin Quran baxımından agahlıqlarının artırılması.
7. Daxildə və xaricdə Quran fəaliyyətləri və proqramlarına uyğun təcrübə və meyarların mübadiləsi.
8. Qurani-Kərim mehvərində müxtəlif sahələrdə düşüncə və mədəniyyət cərəyanlarının yaradılması.


Mühüm fəaliyyətlər
İQNA-nın fəaliyyətləri bir neçə prinsip üzərində qurulub:
a) Çeşidli informasiya xidmətlərində müxtəlif xəbər və söhbətlərin gündəlik istehsalı.
b) Şəxsiyyətlər, mütəxəssislər, məsulların iştirakı ilə dəyirmi masaların təşkili.
c) İQNA-nın xəbər-təhlil materiallarının hazırlanıb iki həftədən bir “Rayihə” adı altında bir məcmuədə nəşri.
ç) Quran olayları və proqramları, daxili və xarici xəbər şəbəkələrinin tam əhatəsi.
d) Xüsusi konfransların keçirilməsi İQNA-nın proqramlarındandır. Bu tədbir xəbər istehsalına mütəxəssislərin analitik müzakirə süjetlərinin əlavəsi ilə baş tutur. İQNA 5 illik fəaliyyətlərində 30 daxili, 15 xarici şəbəsində 35 dildə 1200 xəbər istehsal etmişdir.
Fəxri müxbirlər xidməti bu Quran məcmuəsinin digər bir bölməsidir. Dünyanın müxtəlif nöqtələrində fəaliyyət göstərən fəxri müxbirlər ardıcıl, gündəlik olaraq xəbər istehsal edir. Bu bölmənin iftixarlarından biri Böyük Rəhbər, hazırkı və sabiq prezidentlər, dövlət rəsmilərinin də ona üzv olmasıdır.
Rayihə xüsusi nəşrinin çapı İQNA-nın yazılı fəaliyyətlərindəndir. Bu nəşriyyə İQNA-nın müxtəlif xidmətlərində hazırlanmış informasiyaların xəzinəsi sayıla bilər. Mövzuların sadə dillə, yazılı şəkildə təqdimi bir növ mənəviyyat dünyasına pəncərə açır. Ümid edirik ki, Allah-Taalanın xüsusi lütfü sayəsində bu ilahi məqsədimizə çatacağıq.

Teqlər: اذری
captcha