IQNA

İSESCO jurnalistlərin Qəzzədə öldürülməsini məhkum etdi

16:51 - August 25, 2014
Xəbər sayı: 1443061
Beynəlxaql qrup: İSESCO (İslami Təlim, Elm və Mədəniyyət Təşkilatı) işğalçı israil hərbi qüvvələrinin Qəzzə zolağında xarici jurnalistləri sionist rejiminin vəhşi və faciəli cinayətlərindən reportaj hazırlayarkən öldürməsini kəskin şəkildə pislədi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İSESCO xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi xəbərə görə İSESCO (İslami Təlim, Elm və Mədəniyyət Təşkilatı) işğalçı israil hərbi qüvvələrinin Qəzzə zolağında xarici jurnalistləri sionist rejiminin vəhşi və faciəli cinayətlərindən reportaj hazırlayarkən və həmçinin Ceymz Fulinin – (Amerikalı fotoqraf və jurnalist), İŞİD terrorist qruplaşması tərəfindən öldürməsini kəskin şəkildə pisləyərək, bu cür nifrətamiz cinayət əməllərinin bütün İslami əsaslar və təlimlərə zidd olduğunu vurğuladı.  



Bu İslami Təşkilat, İŞİD terrorist qruplaşmasının vəhşicəsinə cinayətlərini və əməllərini İslam və dünya müsəlmanlarının zərərinə olduğunu vurğuladı.



İSESCO, bu İslami Təşkilata üzv olan ölkələrin jurnalistlərindən və dünya jurnalistlər birliyindən istədi ki, İŞİD və İsrailin bu cür azarverici cinayətlərini kəsin şəkildə məhkum etsinlər.



Bu İslami Təşkilat həmçinin təcili olaraq beynəlxalq konvensiyaların jurnalistlərin hüquqlarını qorumaq üçün icraya qoyulmasını istədi.    



1442458

Teqlər: iqna ، isesco ، israil ، İŞİd ، konvensiya
captcha