İQNA Quran agentliyinin “APA” agentliyinə istinadən məlumatına əsasən, bu Quran məktəbinin nəzdində namaz qılmaq üçün yer, islami mərkəz, Quranın qiraət və hifzini öyrənmək üçün siniflər və konfrans zalı var.
Qambiyanın Mavritaniyadakı səfri Məhəmməd Ləmin Baci bildirib ki, Quran məktəbindən Mavritaniyada yaşayan Qambiyalılar da istifadə edə bilərlər.
Qeyd edək ki, Quran məktəbinin açılış mərasimində Mavritaniya rəsmiləri və alimlər iştirak ediblər. 724161