IQNA

Rusiyada müsəlmanlar SMS vasitəsi ilə namaz vaxtından xəbərdar edilir

21:11 - February 26, 2011
Xəbər sayı: 2086723
Beynəlxalq şöbə: Rusiyanın Tümen regionunda müsəlmanlar SMS vasitəsi ilə namaz vaxtından xəbərdar edilir.
İQNA Quran agentliyi “Əl-Kövsər” saytına istinadən məlumat verir ki, SMS vasitəsi ilə şəri vaxtların dəqiq cədvəli göndərilir. SMS-lərin göndərilməsindən məqsəd işlə məşğul olan müsəlmanlara namaz vaxtının xatırlanmasıdır. SMS-lər namaz vaxtından 10 dəqiqə qabaq göndərilir ki, onlar dini ayini yerinə yetirmək üçün əvvəlcədən hazırlıq işlərini görüb, vaxtında namazlarını qılsınlar. Həmçinin SMS vasitəsi ilə İslam Peyğəmbərinin (s) hədisləri də müsəlmanlara göndərilir. 753759
captcha