IQNA

Əl-əzhər şeyxi Qüdsü –Şərifi müdafiə etməyi islam ümmətinin ən mühüm vəzifəsi kimi qiymətləndirdi

15:25 - January 09, 2012
Xəbər sayı: 2254134
Beynəlxalq şöbə: Əl-əzhər şeyxi Əhməd Təyyib Qüdsü –Şərifi və Məscidul-Əqsanı müdafiə etməyi islam ümmətinin ən mühüm vəzifəsi hesab etdi.
İran Quran Xəbər Agentliyi (İQNA): “CPI” xəbər bürosunun məlumatına əsasən, Qahirədə müxtəlif Fələstin qruplaşmalarının rəhbərləri ilə görüşdən sonra Əl-Əzhər şeyxi yenidən bütün Fələstinlilərdən öz birlik və vəhdətini qorumağa və milli hürriyyətə səslədi.
Əhməd Təyyib dedi: İslam partiyaları gərək bütün qüvvələrini Fələstin torpaqlarının qorunmasına və sionist rejiminin qarşısında durmağa hazırlasınlar, çünki islam ümmətinin ən mühüm vəzifəsi hal-hazırda Məscidul-Əqsa və Qüdsün qorunmasıdır.

O, sonda bildirdi: Sionist rejiminin Qüdsü- Şərifin torpaqlarında məskunlaşmağa haqqı yoxdur və bu torpaqlarda hökmranlıq etmək fələstinlilərə məxsusdur. 922690
captcha