“İQNA”-nın “Middle East News”-a istinadla verdiyi xəbərə görə, HƏMAS yayımladığı bəyanatda işğalçı rejimin terrorçu müharibə naziri Katzın ordusunun Qəzza şəhərinə qarşı hücumlarının şiddətlənməsi və yaşayış binalarına zərbələrin endirilməsi barədə açıqlamasının, həftələrlə davam edən vəhşicəsinə hücumlardan sonra, bəşəriyyət əleyhinə bir cinayət və beynəlxalq qanunlar ilə insani prinsiplərə misilsiz bir təxribat olduğunu vurğulayıb.
HƏMAS bildirib: “Bu israilli nazirin açıqlamaları rejimin niyyət və məqsədlərinin açıq etirafıdır – sıx əhalili bir şəhəri dağıtmaq və sakinlərini amansız qətliamlarla hədələyərək təzyiq altında girov saxlamaqdır. Bu addım soyqırım həyata keçirmək, məhəllələri dağıtmaq və əhalini məcburi köçürməyə məcbur etmək məqsədi daşıyır.
Bəyanatda vurğulanıb ki, işğalçı faşist ordunun sıx yaşayışlı hündürmərtəbəli binaları və qaçqınları hədəf alması, sakinlərin məcburi köçürülməsinə yönəlmiş cinayətkar hərəkətlər çərçivəsindədir və bəşəriyyət əleyhinə cinayət sayılır. İsrailin müqavimətin bu binalardan istifadə etməsi barədə yalan iddiaları isə yalnız bu vəhşi cinayətə bəraət qazandırmaq və dünya ictimaiyyətini aldatmaq üçün açıq bir bəhanədir.
HƏMAS işğalçı rejimi atəş altında fələstinliləri planlı şəkildə köçürmək siyasəti həyata keçirməkdə ittiham edib və bildirib: “Rejim mülki şəxsləri girov kimi istifadə edərək öz şərtlərini diktə etməyə çalışır ki, bu da beynəlxalq qanunlara zidd açıq bir siyasi şantajdır”.
HƏMAS beynəlxalq ictimaiyyəti, BMT Təhlükəsizlik Şurasını və beynəlxalq məhkəmə qurumlarını çağırıb ki, işğalçı sionist rejimin cilovsuz faşizmini dayandırsın, hərbi cinayətkarları məhkəməyə versin və bölgəvi və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən əməllərinə görə onları cəzalandırsın”.
Digər tərəfdən, Fələstin İslami Cihad hərəkatı da İsrailin müdafiə naziri Katzın Qəzzada yaşayış binalarının bombalanması və mülki şəxslərin evlərini tərk etməsi barədə çağırışını bu rejimin sistemli və planlı şəkildə müharibə cinayətləri törətdiyinin açıq etirafı adlandırıb.
İslami Cihad bəyanatında vurğulayıb: “Bu cinayətlər, eləcə də Netanyahunun Qəzza sakinlərinin köçürülməsi üçün Rəfah keçid məntəqəsinin açılması barədə bəyanatı göstərir ki, İsrail bütün dünyanın gözü qarşısında etnik təmizləmə və soyqırım siyasəti həyata keçirir”.
İslami Cihad bəyan edib: “Müqavimət qüvvələri bu vəhşilik və barbarlığa qarşı mübarizəni davam etdirəcəklər”.
4303489