IQNA

Berlin xiyabanlarında Quranın almanca təcüməsi paylanıldı

23:33 - February 08, 2015
Xəbər sayı: 2825844
Beynəlxalq qrup: Almaniyalı müsəlman cavanlardan bir qrupu Berlinin əsas xiyabanlarında Quran-Kərimin Alman dilində tərcüməsini öz həmşəhərlilərinə hədiyyə etdilər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-misri əl-yəvm" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Almaniyalı müsəlman cavanlardan bir qrupu "İqr`ə" İslami aktivistlərinin təşəbbüsü ilə Berlinin əsas xiyabanlarında Quran-Kərimin Alman dilində tərcüməsini öz həmşəhərlilərinə hədiyyə etdilər ki, İslamı tanıtdırsınlar, İslamın zorakılıq, radikalizimdən uzaq və qardaşlıq dini olduğunu göstərsinlər.



Məhəmməd bin Rəsul – Quran-Kərimin alman dilinə mütərcimi və almaniyalı müsəlman, bu fəaliyyətin başlanılmasına təşəbbüs yaradıb.



Bu hərəkatın üzvləri Almaniyanın paytaxtında nümayiş keçiriərək, İslamı tanıtdırmaqdan əlavə bu fikirdədirlər ki, bütün dini və ictimai qarşıdurmalar yaradan hərəkətlərə müxalif olduqlarını hamıya elan etsinlər.



"İqr`ə" İslami aktivistləri bu fikirdədirlər ki, bu növ hərəkətləri Almaniyanın digər şəhərlərində də keçirisinlər. 



2822450

Teqlər: almaniya ، quran ، berlin ، tərcümə
captcha