IQNA

ABŞ-da müsəlmanın evi güllələndi

11:38 - March 18, 2015
Xəbər sayı: 3007482
Tehran(IQNA)_ABŞ-ın Şimali Karolina ştatında Mecklenburg County-də bir müsəlmana aid evin güllələnməsi nəticəsində yaralanan qadın xəstəxanaya aparılıb.

IQNA-nın ( Beynəlxalq Quran Xəbər Agentiliyi) Maide.az-a istinadən verdiyi xəbərə görə, Qadının həyat yoldaşı müsəlman olduqları üçün atəşə tutulduqlarını bildirib. Ən qəribəsi odur ki, polis bu güllələrin atış təlimi zamanı dəyə biləcəyi ehtimalını irəli sürüb. Amma nədənsə unudub ki, ev poliqonun ortasında deyil, şəhərin mərkəzində yerləşir.

 Adının Əbdül olduğu bildirilən müsəlman ev sahibi isə verdiyi açıqlamada silah səsləri eşitdiklərini, sonra da yatan arvadının ayağına güllə dəyidiyini deyib.
Ev sahibi açıqlamasının davamında, "biz müsəlman cəmiyyətin üzvüyük. Üç həftə əvvəl Chapel Hildə müsəlmanlara edilən hücumdan sonra hər kəs özünə "sonrakı hədəf mən olacağam?" deyə sual edir" söyləyib.

 

Teqlər: müsəlman ، evi ، güllələndi
captcha