IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftrəxanasının rəsmi xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam İnqilabının Ali Dini Rəhbəri bu gün səhər (30 noyabr 2015) "ali dini dərslərin mühazirəsi" zamanı çox ali dərəcədə, əzəmətli, misilsiz və dərin mənəvi ismarıca malik olan İmam Hüseynin (ə) ƏRBƏİN mərasimini əbədi irs və saleh əməl adlandıraraq dedi: Eşq və İman və Ağıl və hissin tərkibi Əhl-Beyt (ə) məktəbinin özünəməxsus özəlliklərindəndir. Dünyanın müxtəlif ölkələrindən olan aşiqlərin bu misilsiz hərəkətdə birgə iştirakı şübhəsiz ki, Allahın böyük nişanələrindən biridir.
Şiələrin Ali Dini Lideri və İran İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneini iraqlıların zairləri qarşılamaqda göstərdikləri qonaqpərvərliyə və bu bərəkətli və əzəmətli yürüşdə iştirak edənlərə işarə edərək dedi: Mən də uzaqdan bu möhtəşəm səhnəni izləyir, Ərbəin zəvvarlarına qibtə edir və arzu edirək ki, ey kaş mən də bu səfərdə onlarla həmsəfər olaydım!
İran İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneini çıxışında zəvvarlara tövsiyə etdi ki, səfər zamanı dövlət qanunlarından kənar hərəkətlər etməsinlər və məsullar ilə bu yolda həmkarlıq etsinlər.