IQNA

Qətif sakinləri Şeyx Nimrin 40-ı günü aksiyalar keçirdilər

11:01 - February 12, 2016
Xəbər sayı: 3480175
Tehran, 12.02.2016 – Səudiyyə Ərəbistanın nüfuzli şiə ruhanisi Ayətullah Şeyx Nimr Baqir Nimrin edamının qırxıncı günü Qətifin bölgəsinin şiələri aksiya keçirdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) RESS TV telekanalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın nüfuzli şiə ruhanisi şəhid Ayətullah Şeyx Nimr Baqir Nimrin (r.ə) zalim vəhhabi rejimi tərəfindən edam olunduğunun qırxıncı günü mərasimi ilə əlaqədar Ərəbistanın şiələr yaşayan əyaləti Qətifin müxtəlif bölgələrində şiələr aksiya keçirməkdə davam edirlər.

Qətif əyalətinin şiələri dünən, həftənin cüməaxşamı günü, Ayətullah Şeyx Nimr Baqir Nimrin edamının qırxıncı günü münasibəti ilə genişmiqyaslı aksiyalar keçirdilər.

Vəhabi səudiyyə rejiminə etiraz aksiyasında iştirak edənlər əllərinə Ayətullah Şeyx Nimr Baqir Nimrin şəkilləri olan lövhəciklər götürmüşdülər və Ali-Səud əleyhinə şüarlar səsələndirirdilər.

Bəreyndən gələn xəbərlərdə də deyilir ki, Ali-Xəlifə rejiminə müxalif olan yerli xalq dünən günortadan sonra, cüməaxşamı gününün ikintisində rejimin siyasətlərinə qarşı etiraz aksiyası keçiriblər. Bəhreynin polis qüvvələri aksiya keçirənlərə hücum edrək onları meydandan qovmaq istəyiblər və bunun üçün gözyaşardıcı qazlardan istifadə ediblər.

Bəhreynlilər bu gün də (cümə günü) Ali-Xəlifə və Ali-Səud rejiminin siyasətlərinə etiraz olaraq aksiyalar keçirəcəklər.

http://iqna.ir/fa/news/3474935


Teqlər: nimr ، ərəbistan ، qətif
captcha