İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əbu Təhsin Ən-Nəccar - İraq Xalq Könüllülərinin (əl-Həşd əş-Ş`əbi) Quran-Kərimi İdarəsinin məsulu, İŞİD-in öz işğalı altına keçirdiyi ərazilərdə Quran yarışları keçirməsini media oyunu adlandırıb.
Əbu Təhsin Ən-Nəccar - İraq Xalq Könüllülərinin (əl-Həşd əş-Ş`əbi) Quran-Kərimi İdarəsinin məsulu, İQNA ilə müsahibəsində bu məsələyə işarə edərək dedi:
"Kütləvi İnformasiya Vasitələri (KİV) və medianın İŞİD terror qruplaşmasının Quran-Kərim yarışmaları keçirməsi barədə yaydıqları məlumatlar təəssüf olsun ki, insanların zehnində İŞİD barədə saxta və yalançı təsəvvür yaratmaq üçündür və bizim onların daxilində olan xəbər mənbələrinin verdiyi dəqiq məlumatlara görə İŞİD-in kontrolunda olan ərazilərdə bu cür yarışlar keçirilməyib.
İraq Xalq Könüllülərinin (əl-Həşd əş-Ş`əbi) Quran-Kərimi İdarəsinin məsulu İŞİD-in bu hiyləyə əl atmasının səbəbi barədə dedi: İŞİD və terrorizmlə mübarizə ilk növbədə fikri və mədəni mübarizədir. Hərbi mübarizə isə ikinci dərəcəli savaşdır. Buna görə də İŞİD özünün pis simasını ümumi kütlənin zehnində yaxşı göstərmək üçün arada belə xəbərlər yayır ki, insanlar onların Quran əhli olduqlarını görsünlər və həmçinin müxtəlif ölkələrdəki üzvləri onlara nisbət bədbinləşmiş və habelə daxildəki terrorist ünsürlərinin ruhiyyəsi güclənsin. Halbuki İŞİD nə başçılarının və nə də siravi əsgərlərinin Quran-Kərimindən xəbərsizdirlər.
Əbu Təhsin Ən-Nəccar vurğuladı: Həm İŞİD-in daxilindəki mənbələrimizin verdiyi xəbərlərə görə və həm də əsir tutduğumuz İŞİD-çilərin etdikləri etirafalara görə, biz dəqiq bilirik ki, İŞİD-in Quran-Kərim yarışları ağ yalandır.
http://iqna.ir/fa/news/3481663