IQNA

Anna Maydinin müsəlman olması dastanı + Foto

8:21 - May 04, 2016
Xəbər sayı: 3480413
Tehran, 04.05.2016 – Anna Maydi öz həyatı barədə fikirləşərkən onu iki hissəyə ayırır və keçmiş həyatından iniki həyatına keçid etməsini xüsusi bir anda baş verdiyini deyir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İDSNews" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, yeni müsəlman olmuş amerikalı Anna Maydinin (Anna Maidi) yeni həyatı Bluminqton şəhərinin kafelərindən birində 19 yaşlı bir cavanı görməsi ilə başladı. Bu 19 yaşlı cavan Şaban Maydi sonralar Ana Maydinin həyat yoldaşı olacaqdı. Anaın o zaman 18 yaşı var idi və İndiyana universitetinin birinci kursunda oxuyurdu.

Məlum 11 sentyabr hadisəsindən sonra Amerikada müsəlmanlar əleyhinə yeni hücum dalğalarının çoxalmasında baxmayaraq Şaban Anada İslam dini barədə gözəl təsir qoymağı bacarmışdı.

Dindar olmayan və təkcə Allaha inanmaq həddində inanclı birisi olan Ana deyir:

"Şabanın möhkəm dindar olması məni etkiləndirdi və gördüm ki, o öz dini və Quranı haqqında çox qüdrətli bir hissə malikdir. Buna görə də mən də Quranı öyrənməyə və oxumağa çalışdım. 2009-cu ildə Fransada ixtisas təlim və təcrübə kurslarında olarkən Quranı oxuyub qurtara bildim. Həqiqəti dərk etdim və kursun axırıncı həftəsində artıq müsəlman idim.

Qayıdandan sonra bir müddət özüm idim və Allahım, bu mövzunu hətta Şabandan da gizli saxladım... Bir müddət sonra isə Şabanla ailə həyatı qurdum. İndi biri 3 yaşlı və digəri 20 aylıq olan iki övladımız var.

İndi dünyanı daha gözəl görürəm, daha çox gözəllik görürəm və hiss edirəm ki, həmişəkindən daha çox özüməm. Özümdə əsas dəyişikliyi hicabımda görürəm və həmişə hicab haqqında düşünürəm... Hicabsız gəzdiyim zaman hər şey addi idi, amma indi ətrafdan ağır və bəzən də niftərli baxışlar üzərimdə hiss edirəm... İnsanların bəziləri mediadan eşitdikləri anti-İslam sözlərə görə bizi görəndə nigaran olurlar...

Mən indi Quran oxuyuram, ibadətlərimi yerinə yetirirəm, "hicab xatirələri" adlı bloqum var, insanlara İslam haqqında doğru anlayış vermək üçün müxtəlif proqramlar icra edirəm, Bluminqtun İslam Mərkəzinin qadınlar komitəsinin rəisiyəm. Allah şükür edirəm ki, həyatımda Şabanla rastlaşdım və həyatım dəyişdi".

http://iqna.ir/fa/news/3494083


Teqlər: iqna ، anna maidi ، ana maydi
captcha