IQNA

İŞİD Mosulda 200 mülki vətəndaşı girov götürdü

11:02 - October 20, 2016
Xəbər sayı: 3480907
Terhan, 20.10.2016 – Mosul əməliyyatının başlaması ilə İŞİD nəzarətindəki şəhərdə yaşayan vətəndaşların qaçışı da başlayıb.

İŞİD Mosulda 200 mülki vətəndaşı girov götürdü

İŞİD isə təşkilata qarşı hücum təşkil etdikləri iddiası ilə 200 nəfəri girov götürüb. İraq Kürd Muxtar Regionu başçısı Məsud Bərzaninin lideri olduğu Kürdüstan Demokrat Partiyası (KDP) Mosul nümayəndəsi Said Memozini tərəfindən verilən açıqlamaya görə, vətəndaşlar şəhərin cənubundakı Həmam Əlil qəsəbəsi yaxınlığında İŞİD-ə qarşı hücum təşkil edib. Memozini 15 İŞİD üzvünün öldüyü hücumla əlaqədar olaraq "Hücumdan sonra bölgəyə gələn İŞİD üzvlərinin hadisə ilə əlaqəsi olduğu şübhəsilə 200 mülki vətəndaşı girov götürdüyü məlumatını əldə etmişik", - deyib.

Mənbə: eastnews

Teqlər: İŞİd ، mosul ، mülkı vatandaş ، qirov ، İkna ، iqna
captcha