IQNA

Bu gün İmam Musa Kazimin (ə) mövlududur

9:59 - November 07, 2016
Xəbər sayı: 3480968
Tehran, 07.11.2016 – Bu gün müsəlmanların yeddinci İmamı Musa Kazim əleyhissəlamın viladət günüdür.


Bu gün İmam Musa Kazimin (ə) mövlududur

İmam Museyi Kazım (ə) hicri qəməri tarixi ilə 128-ci ildə səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə, İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı xanım olub. İmam Museyi Kazım 54 il ömür sürüb və 35 il müsəlmanlara imamlıq edib.

İmamın həyatının son dövrü zindanlarda keçib və elə zindanda şəhid edilib.

İmam həyatı boyu çox məşəqqətlər çəkib və Abbasi xəlifələri tərəfindən ciddi təhdid hesab edilərək uzun illər zindan həyatı yaşayıb. İmam Musa Kazim(ə) bütün bu məşəqqətlərə baxmayaraq, səbirli olduğundan ona "Kazim”, yəni qəzəbini boğan və cilovlayan ləqəbi verilib.

Abbasi xəlifələrinin zülmündən əlavə imam öz dövründə digər problemlərlə də qarşılaşıb.

Bu gün imamın qəbri İraqın Kazimeyn şəhərində yerləşir, onun pak qəbri yüz milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi həbsxanaların 3 dəfə dəyişdirilməsidir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc göndərilib: "Onu geri al, yoxsa azad edəcəyəm!”

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazım (ə) məsum əcdadları kimi şəhid edildi.

İmam Museyi Kazim (ə) hicri-qəməri tarixi ilə 182-ci il rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhər verilərək şəhid edilib.

İslamınsesi

Teqlər: İmam musa kazim ، mövlud ، iqna ، İkna ، quran ، məkkə ، mədinə
captcha