IQNA

Türkiyədə 2017-ci ilin sonunadək 10 adda şiə kitab nəşr ediləcək

21:03 - November 13, 2016
Xəbər sayı: 3480991
Tehran, 13.11.2016- İstambulun "Quran və İtrət" müəssisəsinin müdiri 2017-ci ilin sonunadək Türkiyədə tərcümə və təlif edilmiş 10 adda şiə kitabının nəşr ediləcəyi barədə xəbər verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul-İslam Şirəli Bəyat - İstambulun Quran və İtrət müəssisəsinin müdiri, İQNA ilə müsahibəsində dedi: İllər öncə İstambul tükcəsinə tərcümə və təlif layihəsinə başladığımız 10 adda şiə kitabı artıq çap və nəşrə hazırdır və 2017-ci ilin sonunadək bu kitablar çapdan çıxaraq kitabxanalara və kitab satışı mağazalarına çıxarılacaqdır.

Şirəli Bəyat - İstambulun Quran və İtrət müəssisəsinin müdiri, əlavə etdi: Ayətullah Üzma Cəfər Sübhaninin "İlahiyyat", Ayətullah İbrahim Əmininin "İslamda ailə", Höccətul-İslam vəl-müslimin Məhəmməd Məhəmmədi İştihardinin "140 dastan", Əllamə Seyid Əbdül-Hüseyn Şərəfuddinin "ən-Nəss vəl- İctihad", Şeyx Abbas Quminin "Mənazilul-Axirət", Ayətullah Üzma Cəfər Sübhaninin "İslam əqidələri", Höccətul-İslam vəl-müslimin Cavad Mühəddisinin "On dörd məsumun (ə) həyatı", Ayətullah Üzma Cavadi Amulinin "Məfatihul-Həyat" və Höccətul-İslam vəl-müslimin Möhsin Qəraətinin "Nur təfsiri"nin tərcümə və redaktə işləri artəq başa çatmış və çapa hazırdır.

İstambulun Quran və İtrət müəssisəsinin müdiri dedi: Bunlardan əlavə mənim "Əhl-Beyt (ə) məktəbində dua" əsərim də tamamlanmış və çapa hazırdır və tezliklə nəşr ediləcəkdir.

Şirəli Bəyat - İstambulun Quran və İtrət müəssisəsinin müdiri, əlavə etdi: Bu kitablar 2017-ci ilin sonunadək İstambulun "Səqəleyn nəşriyyatı" tərəfindən və hər biri 2000 tiraj olmaqla çap ediləcəkdir.

O sonda bildirdi ki, Rəsul Əsğərinin "Qurandan 114 sual və cavab" kitabı son vaxtlarda özü tərəfindən tərcümə edilib və "Səqəleyn nəşriyyatı" tərəfindən çap edilibdir.

http://www.iqna.ir/fa/news/3544803


captcha