IQNA

Əfqanıstanda sünni alimlər xalqa çağırış etdi

12:44 - November 16, 2016
Xəbər sayı: 3481005
Tehran, 16.11.2016 - Əfqanıstanın paytaxtı Kabulda parlament deputatları ilə sünni İslam alimləri arasında görüş baş tutub.


Əfqanıstanda sünni alimlər xalqa çağırış etdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın eastnews-a istinadla verdiyi xəbərə görə, görüşdən sonra ictimaiyyətə müraciət ünvanlanıb. Müraciətdə Əfqanıstan xalqına İŞİD və "Taliban" terrorçuları da daxil olmaqla radikallara qarşı mübarizə üçün birlik və vəhdət nümayiş etdirmələrinə çağırış edilib.

İslam alimlərindən biri də mövzu barədə açıqlama verib. O, açıqlamasında terrorçuların İslam düşməni olduqlarını vurğulayıb.

captcha