IQNA

Şirəli Bəyat dedi:

İtrəti (ə) öyrətmək; İstambulun xüsusi şiə məktbələrinin əsas hədəfi

17:34 - November 22, 2016
Xəbər sayı: 3481028
Tehran, 22.11.2016- İstambulun "Quran və İtrət" müəssisəsinin rəisi 2017-ci ildə şiə məktəbliləri üçün xüsusi məktəblərin fəaliyyətə başlaması barədə xəbər verdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Höccətul- İslam vəl- Müslimin Şirəli Bəyat - İstambulun "Quran və İtrət" müəssisəsinin rəisi, İQNA ilə müsahibəsində bu müəssisənin 2002-ci ildən fəaliyyətə başladığını bildirərək dedi: Biz bu müəssisəni müxtəlif və müəyyən hədəflərə çatmaq üçün təsis etmişik ki, əsas və birinci hədəfimiz dini elmi hövzənin ənənəvi dərslərini bu dərslər ilə maraqlanan şiə xanım və bəylərə öyrətməkdir. Bu hədəfə çatmaq üçün isə Quranın üzünüə oxunuşu, sadə və rəvan oxunuşu, təcvid, fiqh, əqidə və s... dərsləri dini öyrənmək istəyənlərə öyrədirik.

O əlavə etdi: Cavanlar məscidlərə az gəldikləri üçün biz qərara gəldik ki, şiə şagirdlər üçün qeyri-dövləti və xüsusi orta məktəblər təsis edək. Yəni başqa sözlə desək onlar bizim sorağımıza gəlmirlərsə, biz onların sorağına gedək. Bunun üçün də gərək biz məktəb və universitetlərə girək. Elə bu məqsədlə də uşaqlar və yeniyetmələr üçün xüsusi orta təhsil məktəblərini açdıq. Bu yöndə işimi üç mərhələdə uşaqlar, yeniyetmələr və cavanlar üçün bağça, ibtidai sinif və orta təhsil səviyyəsində dərs proqramları hazırlamaqla başladıq. İlk məktəbimiz 2017-ci ildə öz işinə başlayacaqdır. Əgər proqramımız yaxşı irəli gedərsə və müvəffəqiyyətamiz olarsa, məktəblərin sayını çoxaldacayıq.

Şirəli Bəyat - İstambulun "Quran və İtrət" müəssisəsinin rəisi, 2017-ci ildə İstambulda şiə uşaqları üçün xüsusi məktəblərin fəaliyyətə başlaması barədə xəbəri elan edərək dedi: Bu məktəblərdə Türkiyənin Təhsil Nazirliyinin rəsmi dərs proqramı əsasında olan dərslərdən əlavə məktəblilərin Əhl-Beyti (ə) tanıması üçün də dərs proqramlarının tətbiqi nəzərdə tutulmuşdur.

O əlavə etdi: Bu il üçün nəzərdə tutmuşuq ki, 300 şagird, o cümlədən 50 uşaq bağçaya, 100 nəfərə yaxın uşaq ibtidayi siniflərə və 100- 150 nəfər isə orta təhsil siniflərinə şagird qəbul edək.

Şirəli Bəyat vurğuladı: Xoşbəxtlikdən bu barədə Türkiyədə tam azadlıq var və Türkiyənin Təhsil Nazirliyinin proqramı ilə irəli gedəriksə, bu proqramın kənarında dini dərslərin də öyrədilməsi ilə bağlı bir problem yaradılmayacaqdır.

Müsahibə etdi: Leyla Məhəmmədi

http://iqna.ir/fa/news/3544951


captcha