IQNA

QMİ-nin rəisi Ayətullah Ərdəbilinin vəfatı münasibətilə başsağlığı verdi

10:00 - November 27, 2016
Xəbər sayı: 3481055
QMİ-nin rəisi bəyaniyyə yayaraq Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin vəfatı münasibətilə İran İslam İnqilabının Ali Rəhbərinə başsağlığı dedi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Şeyx Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin rəisi, bəyaniyyə yayaraq şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin vəfatı münasibətilə İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənablarına, İran xalqına, dini hövzənin alim və tələbələrinə başsağlığı dedi.

Şeyx Allahşükür Paşazadənin - Qafqaz Müsəlmanları İdarəsinin rəisi, başsağlığı ismarıcının mətni:

"Həzrət Ayətullah Üzma Seyid Əbdülkərim Musəvi Ərdəbilinin vəfatı münasibətilə ki, İslam dünyası üçün böyük itkidir, İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei cənablarına, böyük təqlid mərcələrinə, dini hövzənin alim və tələbələrinə, İran xalqına, o mərhumun şagirdlərinə, müqəllidlərinə və ailəsinə başsağlığı deyirəm.

O mərhum ki, öz şərəfli ömürünü İslam və müsəlmanlara xidmətdə sərf etmişdi, İmam Xomeyninin (r.ə) sadiq dostlarında idi, Azərbaycanda da tanınmış alimlərdən biri idi. Onun vəfatı məni və bu bölgənin möminlərini çox mütəssir etdi.

Mən o mərhumla Bakı və Qum şəhərlərində olan görüşlərimizi unutmayacam. O rəbbani alim üçün Allah-Taaladan ali məqam və dərəcə, Allahın saleh bəndələri və övliyaları ilə məşhur olmaq, ailəsi, şagirdləri və müqəllidləri üçün gözəl səbr və mükafat diləyirəm".

http://iqna.ir/fa/news/3549061


captcha