IQNA

Bəhreyn xalqı Ayətullah İsa Qasimi qorumalıdır

12:31 - January 28, 2017
Xəbər sayı: 3481297
Verilən son məlumatlara əsasən Bəhreyn din xadimləri bu gün Ali Xəlifə rejimi əleyhinə bəyanat verib.

Bəhreyn xalqı Ayətullah İsa Qasimi qorumalıdır

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Bəhreyn din xadimləri bu gün Ali Xəlifə rejimi əleyhinə bəyanat verib.

Bəyanatda vurğulanıb ki, mülki əhaliyə qarşı təzyiqlər və təqiblər dayandırılmalıdır.

Din xadimləri ölkə müsəlmanlarına da çağırış edib. Müsəlmanlara bildirilib ki, Ayətullah Şeyx İsa Qasimi qorumaq dini vəzifədir. Qeyd edək ki, Bəhreyn rejimi dünən əd-Diraz bölgəsində oturaq aksiya keçirən nümayişçilərə polis silahlı hücum reallaşdırıb.

captcha