IQNA

70 yaşlı nənə bütün Quranı əzbərlədi

12:31 - March 31, 2017
Xəbər sayı: 3481487
Ummul- Hüseyn adlı ilə məşhur olan "Haciyə Rəifə əs- Səmadi" adlı iordaniyalı çox yaşlı bir xanım 70 yaşında bütün Quran- Kərimi əzbərləyə bildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alsaa" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ummul- Hüseyn adlı ilə məşhur olan "Haciyə Rəifə əs- Səmadi" adlı iordaniyalı çox yaşlı bir xanım 70 yaşında bütün Quran- Kərimi əzbərləyə bildi.

70 yaşında bütün Quran- Kərimin hafizi olan bu qoca və yaşlı nənə İordaniyanın "Ərbəd" əyalətinin "ən-Nəimə" şəhərində yaşayır.

Bu yaşlı xanımın savadı olmamasına baxmayaraq təkcə Quran- Kərimin tərtil oxunuşlarının audio yazılışına qulaq asaraq Vəhy kəlamını əzbərləyə və Quran hafizi ola bilib.

Yazmağı və oxumağı bilməyən bu yaşlı xanım öz möhkəm iradəsinə və İlahi tövfiqata söykənərək Quran- Kərimi 3 il 4 ay ərzində kamil əzbərləyib.

Bu barədə İordaniyanın "əl-Yərmuk" peyk TV kanalı məlumat yayıb.

http://iqna.ir/fa/news/3586172


captcha