IQNA

İşğalçı rejim əsgərləri Qüdsdə dəfn mərasimini atəşə tutdu

10:52 - July 03, 2017
Xəbər sayı: 3481821
Qüdsdə işğalçı İsrail rejim hərbçiləri gənc oğlanın dəfn mərasimində fələstinlilərə atəş açıb.

İşğalçı rejim əsgərləri Qüdsdə dəfn mərasimini atəşə tutdu

İQAN (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Fələstinin Qızıl Ay Cəmiyyəti tərəfindən yayılan açıqlamaya əsasən, Məscidi-Əksa yaxınlığında Babul-Esbat bölgəsində sionist rejim əsgərləri fələstinliləri atəşə tutub.

Işğalşçı rejim hərbçiləri mərasim iştirakçılarına qarşı plastik güllə və göz yaşaradıcı qaz tətbiq edib. Nəticədə birinin vəziyyəti ağır olmaqla 35 fələstinli yaralanıb.

captcha