İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) milyonlarla zəvvarının ƏRBƏİN ziyarəti hərəkəti ilə həmzaman olaraq Nəcəf, Kərbəla, Babul və digər şəhərlərin Kərbəlaya tərəf piyada yürüşləri istiqamətlərində müxtəlif Quran müəssisələri Quran maarifi, Quran dərsləri, namazın düzgün qiraəti və əhkam təlimləri dayancaqları da təşkil edilmişdir.
"ƏRBƏİN Quran dayanacaqları" layihəsinin icrasına Səfər ayının ilk günlərindən İraqın Bəsrə əyalətində başlanılmışdır.
Bu layihə İraqın müqəddəs ziyarətgahlarının Ali Quran Şurası və Quran təşəkküllərinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.
İraqlı və xarici zəvvarların izdihamı ilə qarşılanan bu layihədə Quran, Namaz, əhkam və digər dini məsələlər öyrədilir.
http://iqna.ir/fa/news/3659538