IQNA

Moskvanın böyük məscidində "gümüş Quran" saxlanılır

8:58 - July 07, 2018
Xəbər sayı: 3483428
Rusiya federasiyasının paytaxtı Moskva şəhərində yerləşən "böyük məscid"in İslami muzeyi də vardır ki, bu muzeydə gümüş ilə yazılmış Quran səhifələri qorunur.

Moskvanın böyük məscidində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının paytaxtı Moskva şəhərində yerləşən "böyük məscid"in İslami muzeyi də vardır ki, bu muzeydə gümüş ilə yazılmış Quran səhifələri qorunur.

Moskvanın böyük məscidi üçün üç il öncə, 2015-ci ildə, Rusiyanın prezidenti Vladimir Putin və bəzi müsəlman dövlətlərinin, o cümlədən Qırğızıstan, Qazaxıstan və Türkiyə prezidentlərinin iştirakı ilə açılış mərasimi keçirilmişdi.

Məscidin namazxana, mədrəsə, kitabxana və muzeyi vardır. Məscidin mədrəsəsində xanımlar və kişilərin iştirakı ilə Quran dəsrləri keçirilir. Məsciddə Cümə xütbələri tatar, ərəb və rus dillərində olur. Məscidin ümumi tutumu 10 min nəfər olmasına baxmayaraq Qurban və Fitr bayramı günlərində bu məscidə toplaşanların sayı 100 min nəfər civarında olur.  

Məscidin İslami muzeyində Kəbənin pərdəsindən bir hissə, Quran ayələri yazılmış tablolar, Quranın qədim və nadir əlyazma nüsxələri saxlanılır.

Bu məscidin İslami muzeyində saxlanılan qədim və nadir Quran nüsxələrindən biri də "gümüş Quran" səhifələridir. Bu nüsxənin neçə yüz illik tarixi vardır.

Qeyd edək ki, 2018-ci ilin futbol yarışlarını izləməyə Rusiyaya gələn tamaşaçılardan bir çoxu bu müddət ərzində xüsusi memarlıq metodu ilə tikilmiş bu məscidi də ziyarət edirlər.    

http://iqna.ir/fa/news/3727948

نگهداری قرآن نقره‌ای در مسجد بزرگ مسکو

captcha