IQNA

Riyazda qədim və nadir Quran nüsxələri barədə iclas keçirilib

19:49 - December 07, 2018
Xəbər sayı: 3484300
Səudiyyə Ərəbistanın paytaxtı Riyaz şəhərinin "Məlik Əbdüləziz" adına ümumi kitabxanasında Qurani-Kərimin nadir və qədim nüsxələri barədə toplantı keçirilib.

Riyazda qədim və nadir Quran nüsxələri barədə iclas keçirilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin üçüncü günü, 5 Dekabr 2018-ci il, Səudiyyə Ərəbistanın paytaxtı Riyaz şəhərinin "Məlik Əbdüləziz" adına ümumi kitabxanasında Qurani-Kərimin nadir və qədim nüsxələri barədə toplantı keçirilib.

İclasda Qurani-Kərimin əlyazma nüsxələri mütəxəssisləri, Quran araşdırmaçıları, əlyazma nüsxələr biliciləri, o cümlədən Məlik Səud universitetinin əlyazma nüsxələr bölməsinin rəisi Saleh ibn Süleyman əl-Həci və əlyazma nüsxələr mütəxəssisi Bəşir ibn Həsən Himyəri iştirak ediblər.

Əlyazma nüsxələrinin araşdırlılması iclası Məlik Səud universitetinin əlyazma Quran nüsxələrini nümayişi ilə başlayıb. İlk öncə Qurani-Kərimin 898-ci hicri-qərəməri tarixinədək olan və surələrinin adları qızıl suyu ilə yazılmış nüsxələr müzakirə mövzusu olub.

Bundan əlavə 1072-ci hicri-qəməri ilinə aid 500 səhifəlik Quran nüsxəsi və bütün səhifələri "əlif" hərfi ilə başlayan 31 səhifəlik "nüsxətul-əlfiyyə" adlanan nadir nüsxə də nümayiş olunub.

Quran nüsxələrinin çərçivələrinin təhzib edilməsi, Quran katiblərinin problemləri, kağız növləri, üzərində kitabət edilən kağızın həcmi və ölçüsü, Quranın kitabət tarixi, Quran nüsxələrinin tarixçəsi və müsəlmanların Quran nüsxələrinin qorunmasında səyləri və əlyazma nüsxələrə aid digər məsələlər bu iclasda müzakirə edilib.   

http://iqna.ir/fa/news/3770152

برگزاری نشست «قرآن‌های قدیمی و نادر» در ریاض

captcha