IQNA

Amaziği dilində ilk Quran təfsiri çap edildi

8:08 - January 14, 2019
Xəbər sayı: 3484520
Ərəb əlifbası ilə Amaziği dilində yazılan bu təfsir kitabı öz növündə Ərəb Məğribində -(əsasən Əlcəzayir, Fas, Tunis, Liviya və Mavritaniya ölkələrindən ibarətdir)- ilk təfsir kitabı hesab edilir.

Amaziği dilində ilk Quran təfsiri çap edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Əlcəzayirli alim Şeyx Si Hacı Mihnəd Mihnəd Təyyibin Amaziği (Bərbər) dilində qələmə aldığı ilk Quran təfsiri çap və nəşr edildi.

Həftənin Şənbə günü, 12 Yanvar 2019-cu il, Əlcəzairin Davamlı İnkişafı üzrə Milli Assosiasiya (NAMA) tərəfindən keçirilən elmi seminarda iştirak edən Məhəmməd İsa (Əlcəzayirin Dini İşlər və Vəqflər Naziri) Şeyx Si Hacı Mihnəd Mihnəd Təyyibin Amaziği dilində ilk təfsir yazmasını, habelə belə bir təfsirin çap və nəşr edilməsini təqdirəlayiq hesab edib.

O vurğulayıb: "ət-Təfsiril Müyəssər li-Kəlamillahi əl-Müvəqqər" adlanan, Ərəb əlifbası ilə Amaziği dilində yazılan bu təfsir kitabı öz növündə Ərəb Məğribində -(Şimali Afrika bölgəsi, əsasən Əlcəzayir, Fas (Mərakeş), Tunis, Liviya və Mavritaniya ölkələrindən ibarətdir)- ilk təfsir kitabı hesab edilir.

Əlcəzayirin Dini İşlər və Vəqflər Naziri edib: Bu kitabın nəşri Quranın və İslamın dərin dərkindən qaynaqlanmışdır. Amaziği dilində yeni bir metodun əsasını qoymuşdur və gələcək üçün yeni araşdırma üfüqləri açmışdır.  

Təfsirin müəllifi Şeyx Si Hacı Mihnəd Mihnəd Təyyib bu kitabın nəşri ilə bağlı çıxışında deyib: Amaziğ dilində təfsir yazmaq Nisa surəsinin 82-ci ayəsinin oxuyarkən ağılıma gəldi. Quranın digər dillərə tərcümə edilməsi bu müqqəddəs kitabın elmi ecazkarlığı və bədii gözəlliyinə görə çox çətindir. Qələmə aldığım təfsir təkcə Quranın sözlərinin mənalarını açıqlayır.  

Əlcəzairin Davamlı İnkişafı üzrə Milli Assosiasiyasının (NAMA) nümayəndəsi bu seminarda elan edib ki, təfsirin elektron nüsxəsi də hazırlanacaq və həmçinin 100 min nüsxəsi bu dildə danışan əhali arasında pulsuz paylanılacaqdır.

Qeyd edək ki, Əlcəzayirin şərqi və cənub şərqində yaşayan qəbilələr Amaziği (Tamaziğat, Bərbər) dilində danışırlar. Bundan əlavə Şimali Afrikanın Ərəb Məğribi və ya Böyük Məğrib adlanan Mərakeş, Liviya, Tunis, Mali və Çad kimi ölkələrində də bu dildə danışanlar mövcuddur. Bu dilin kökü Afrika-Asiya dilləridir. Onlar tarixi Günəş ilə hesablayırlar və milad ilə 950 il fərqilidir. Hazırda Amaziğ təqvimində 2968-ci ildir.    

http://iqna.ir/fa/news/3780695

 

captcha