IQNA

Uşaqlar üçün televiziya kanalı İslami kimliyi gücləndirməyə çalışır

11:34 - December 27, 2019
Xəbər sayı: 3486373
Kanadanın müsəlman uşaqlar üçün peyk televiziya kanalı (Muslim Kids Tv) müsəlmanları gələcək nəsillərində İslami kimliyi çiçəkləndirmək və möhkəmlənirməyə çalışır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın müsəlman uşaqlar üçün peyk televiziya kanalı (Muslim Kids Tv) müsəlmanları gələcək nəsillərində İslami kimliyi çiçəkləndirmək və möhkəmlənirməyə çalışır.

Beş il öncə müsəlman cütlük Əbdürrəhman Milo və Flordeliza Dayritin təsis etdiyi və müsəlman uşaqların sevdiyi bu kanal işinin başlanğıcında uşaqlar üçün film yayımlayan intert saytı kimi fəaliyyət göstərib.

Uşaqlar üçün İslami televiziya kanalının təsisçiləri deyirlər ki, onların hədəfi uşaqlara uyğun və münasib dini meyarları təqdim etməklə onların dini kimliklərini formalşdırmaq və gücləndirməkdir.

Milo deyib: Televiziyamızın 24 saat dayanmadan fəaliyyət göstərməsi, internet və mobil telefonlar üzərindən rahat izlənilməsi uşaqların boş vaxtlarını faydalı şeylərlə doldurmaq baxımından valideynlər üçün münasib imkan yaratmışdır. Uşaqlar da bizim proqramlarımızda aktiv iştirak edirlər.

Bu kanalda uşaqlar üçün dini mövzularda cizgi filmi, peyğəmbərlərin həyatı, tərbiyəvi əyləncələr, İslam maarifini təlim edən proqramlar, uşaqlar üçün incəsənət proqramları və sair yayımlanır.    

https://iqna.ir/fa/news/3866575

captcha