IQNA

Ayətullah Sistani: Hökümətin təcili surətdə qurulması lazımdır

21:03 - January 31, 2020
Xəbər sayı: 3486598
Şiələrin İraqın Nəcəf şəhərində yaşayan böyük mərcəi təqlid və söz sahibi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin mesajı Kərbəlanın cümə namazının xütbəsində oxunub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin İraqın Nəcəf şəhərində yaşayan böyük mərcəi təqlid və söz sahibi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin mesajı Kərbəlanın cümə namazının xütbəsində oxunub.

Mesajı Ayətullah Sistaninin Kərbəladakı təmsilçisi Abdulmehdi Kərbəlayi oxuyub.

Mesajında hökümət əleyhinə etirazlardan 4 ay keçməsinə baxmayaraq hələ də hökümətin qurulmaması tənqid olunaraq “Xalqın içindən olan və vəziyyəti stabilləşdirən yeni bir hökümətin təcili surətdə qurulması lazımdır. Bu hökümət də ölkəni ən qısa zamanda azad və təmiz bir erkən seçkilərə götürməlidir.”, -deyə qeyd edilib.

Siyasi partiyaların yeni baş nazir mövzusunda razıla gəlməməsi və fikir ayrılığını önə çəkən Ayətullah Sistani İraqın durumunun ən düzgün addımın seçkilər olduğunu bildirib.

https://iqna.ir/fa/news/3875388

Teqlər: iqna ، İraq ، ayətullah sistani ، islahat
captcha