IQNA

 Ayətullah Sistani: Xəstələrə xidmət edərkən ölən həkimlər şəhiddir

23:55 - March 17, 2020
Xəbər sayı: 3486929
Tehran (IQNA) -  Şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani koronavurisa yoluxmuş xəstələrə xidmət edərkən vəfat etmiş tibb işçilərin "şəhid" hesab edib.

İraqın Nəcəf şəhərində yaşayan şiə müsəlmanların təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani könüllü olaraq koronavirus xəstələrinə mülaciə və digər xidmətləri göstərənlərlə bağlı ona ünvanlanan sualı cavablandıraraq deyib:

"Koronavirus xəstələrinə tibbi, müalicəvi və digər xidmətlər göstərmək "kifayi vacib"dir – (yəni bir qrup insan bu işin öhdəsindən gəlirsə, digər insanların bu işə qoşulması vacib və zəruri deyil).

Dövlət məsulları və aidiyyatı üzrə qrumlara vacibdir ki, müalicə qrupları və tibb işçilərinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün lazım olan hər bir tədbiri görsün və lazım olan tibbi avadanlığı hazırlasın. Tibbi işçi qrupun sağlamlığının qorunmasında heç bir nöqsan və laqeydlik caiz deyil.  

Tibbi yardım qrupları və tibb işçiləri koronavirusla bağlı böyük işlər görüblər. Bu işlərə maddi qiymət qoymaq mümkün deyil. Bu işin dəyəri Allah yolunda səngərlərdə milləti və ölkəni qoruyan mücahidlərin işinin dəyəri qədərdir. Onların işinin dəyərini Allah-Taala dünyada və axirətdə verəcəkdir.

Koronavirusla mübarizədə həyatını itirən işçi qrupların üzvləri, həkimlər və tibb işçiləri "şəhid" hesab edilsin. "

3886098

 

captcha