IQNA

Qədir-Xum günü bu ziyarətnamə oxunur - VİDEO

11:57 - August 08, 2020
Xəbər sayı: 3487842
“Qədir” hadisəsi Əhli-beytin (ə) dini “Mərcə” olması mesajını verir. Peyğəmbər (s) “Səqəleyn” hədisini məhz həmin ərəfələrdə buyurmuş və insanları məsum Əhli-beytdən (ə) ayrı düşməməyə səsləmişdir.

Qədir-Xum günün əməllərindən biri də möminlərin ağası Əli ibn Əbi Talibi (ə) ziyarət etməkdən ibarətdir. O Həzrətin (ə) ziyarəti iki cür mümkündür:
1). O Həzrətin (ə) pak və müqəddəs hərəmində: İmam Rza (ə) Əhməd ibn Əbi Bəsr Bəzəntiyə buyurdu: “Ey Əbi Nəsrin oğlu, harada olursan ol, Qədir-Xum günü Möminlərin ağası Əli ibn Əbi Talibin (ə) müqəddəs qəbrinin kənarında hazır ol! Həqiqətən Allah-Taala bu gün mömin kişi və qadınların altımış illik günahlarını bağışlayır və mübarək Ramazan ayının Qədir gecələrində  və Fitr bayramında (cəhənnəm əzabından) azad etdiyinin  iki bərabərini azad edir” .
Bu zuyarətin qaydasını mərhum şeyx Əbbas Qumi “Məfatih əl-cinan” kitabında həzrəti İmam Hadidən (ə) izahlı şəkildə rəvayər etmişdir .
2). Ümumi ziyarətlər:
Bu ziyatərlərin müqəddəs hərəmə aidiyyəti yoxdur və vilayət aşiqləri eliyə bilərlər olduqları yerdən o həzrətin ziyarətinə nail olsunlar ki, bu barədə iki ünvanda ziyarətnamə mövcuddur:
*- Əminəllah ziyarətnaməsi:
*- İmam Sadiq (ə) rəvayər olunmuş ziyarətnamə: Bu ziyarətnamə də şeyx Əbbas Quminin “Məfatih əl-cinan” kitabında qeyd olunmuşdur. 

kod

 

 

captcha