IQNA

İranlı qaridən yeni üslubda azan – VİDEO

8:15 - September 02, 2020
Xəbər sayı: 3488030
Tehran (IQNA) - İran İslam Respublikasının beynəlxalq Quran qarisi Əmin Puya "rast" və "hicaz" dəsgahını tərkib edərək özünün yeni azanını icra və təqdim edib.

Məhərrəm-Səfər ayı münasibəti ilə İranda keçirilən "Mədəni Əsər Nəziri" adlı festival keçirilib.

Tehranın Mədəniyyət və incəsənət təşkilatının nəzdində fəaliyyət göstərən Quran Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən bu festivalda incəsənət adamları, Quran qariləri, azan və ibtihal oxuyanlar və digər mədəniyyət sahələrinin nümayəndələri iştirak ediblər.

Əmin Puya IQNA ilə müsahibəsində deyib: Bir müddət idi ki, yeni bir azan icra etmək fikrində idim, amma bunun üçün münasib bir füsrət tapmırdım. Bundan öncə dediyim azanlar da musiqi üslubuna görə digərlərinin icra etdiyi azanalara daha çox oxşayırdı. Festival çərçivəsində bu arzumu reallaşdırdım. Festivalda icra etdiyim azanın üzərində bir ay işləmiş və hazırlaşmışdım. Məhərrəm ayı günlərində bu azanı İmam Hüseynə (ə) hədiyyə etdim.

Beynəlxalq qari deyib: Bu azan "hicaz" dəsgahı üzərində oxunur və "rast" ilə tərkib etmişəm. Bu azanın icrasında digər müəzzinlərin azanlarından təqlid etməmişəm və tam yeni bir azandır.

O əlavə edib: Əgər azanım milli televiziya və radiso vasitəsi ilə yayımlanacaqsa, öncədən təşəkkür edirəm. İnşaallah, yaxın gələcəkdə də "rast" dəsgahı üzərində bir azan hazırlmaq niyyətindəyəm.  /3920203

kod
Teqlər: azan ، rast ، hicaz ، dəsgah
captcha