IQNA

 Nyu Cersi müsəlmanları məscidin genişləndirilməsi işində qələbə qazandılar

0:11 - September 28, 2020
Xəbər sayı: 3488208
Tehran (IQNA)  - Müsəlmanlar Amerikanın Nyu Cersi əyalətinin cənubunda yerləşən İslam Mərkəzinin məscidinin genişləndirilməsi barədə məhkəmə işini üç il mübarizədən sonra qazanıblar.

Müsəlmanlar Amerikanın Nyu Cersi əyalətinin cənubunda yerləşən İslam Mərkəzinin məscidinin genişləndirilməsi barədə məhkəmə işini üç il mübarizədən sonra qazanıblar.

Məscidin genişləndirilməsi məsələsinə süni şəkildə və dini ayrıseçkilik zəminində maneə yaradılırdı ki, müsəlmanların vəkili bu məsələni məhkəməyə çıxardaraq işi İslam təşkilatının lehinə qazana bilib.

Məscidin vəkili Eymən Abuşi 2017-ci ildən bu məscidin genişləndirilməsi məqsədi ilə məscidə ikinci mərtəbənin əlavə edilməsinə icazə almaq üçün mübarizə aparırdı. Çünki 220 üzvü olan bu məscidin ikinci mərtəbəsi olmadan fəaliyyəti mümkün deyildi.

Hazırda isə məscidin ikinci mərtəbəsi istifadəyə verilib. Məscidin genişlənməsi camaat namazını kamil şəkildə qılmağa imkan yaradıb. Bundan əlavə məsciddə maarif, təhsil fəaliyyətləri və uşaqların əylənməsi üçün proqram tədarük görülüb.

Bu məscid 2009-cu ildə tikiləndən indiyədək məscidin ikinci mərtəbəsinin olmasına şəhər bələdiyyəsi süni maneə yaradırmış ki, bu məsələ barədə məhkəməyə şikayət edilib və üç ildən sonra məhkəmə işini məscid qazanıb. /3925809

 

captcha