IQNA

"Övliyaların məzarının ziyarəti ayə və hədisdə" toplantısı keçirildi

0:26 - September 28, 2020
Xəbər sayı: 3488209
Tehran (IQNA)  - Kərbəlada ƏRBƏİN ziyarəti günləri münasibəti ilə keçirilən toplantıda Quran ayələri və hədislərdə övliyaların məzarlarının ziyarəti məsələsi araşdırılıb.

Tehran (IQNA)  - Kərbəlada ƏRBƏİN ziyarəti günləri münasibəti ilə keçirilən toplantıda Quran ayələri və hədislərdə övliyaların məzarlarının ziyarəti məsələsi araşdırılıb.

"İlahi övliyaların məzarlarının ziyarət edilməsi ayələr və hədislərdə" adlanan bu toplantı Həzrət İmam Hüseynin (ə) hərəminin araşdırma mərkəzinin təşəbbüsü ilə keçirilib.

Həzrət İmam Hüseynin (ə) hərəminin Darul-Quran şöbəsinin müdiri Şeyx Həsən əl-Mənsuri bu barədə verdiyi xəbərə görə, bu mövzu Bəsrə İslam Mədəniyyəti Mərkəzinin həmkarlığı ilə keçirilən "ƏRBƏİN ziyarətinin müxtəlif sahələrdə fərdi və ictimai təsirləri" toplantısında müzakirə edilib.

Toplantıda İraq və digər ölkələrdən mütəfəkkir, araşdırmaçı və alimlər iştirak ediblər.

Toplantıda milyonluq ƏRBƏİN ziyarətinin əhəmiyyətindən danışılıb və ziyarətin iman əlaməti və həmçinin İmam Hüseynlə (ə) beyətin təzələnməsi mənasına olduğu vurğulanıb.

Həzrət İmam Hüseynin (ə) hərəminin Darul-Quran şöbəsinin Quran mediasının məsulu Səfa Silavi bu toplantının Kərbəla peyk tv kanalında yayımlandığını deyib.

Televiziyadan yayımlanan bu proqramda Tunisin müsəlman araşdırmaçısı Dr. Zaman Şərif, Bəsərənin İslam Mədəniyyəti Mərkəzinin nümayəndəsi Ustad Həvra Miyahi və digər araşdırmaçılar "övliyaların məzarlarının ziyarət edilməsi" və "Ərbəin ziyarətində müsəlman qadının rolu" mövzusunda çıxış ediblər.  /3925786

 

Teqlər: Ərbəin ، məzar ، ziyarət
captcha