IQNA

Həşduş-şəbi-nin ən uzun bayrağı Ərbəin zəvvarlarının çiynində

11:43 - October 05, 2020
Xəbər sayı: 3488294
Hüseyn Ərbəini zəvvarlarından minlərlə nəfər Beynulhərəmeyndə Əlhəşduşşəbiyə dəstək və ona təşəkkür məqsədilə bu milli qrupun ən uzun bayrağını çiyninə götürübdür.

Müqəddəs Kərbəla şəhəri dünən müqavimətin şəhid komandanları- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Hac Qasem Soleymaniyə və İraqın xalq səfərbər qüvvələrinin rəis müavini Əbu Məhdi Əlmuhəndisə dəstək istiqamətində keçirilən yürüşün şahidi olubdur.

Yürüş iştirakçıları Əlhəşduşşəbi-yə dəstək istiqamətində və Amerikanın əleyhinə şüarlar səsləndiriblər. Onlar ABŞ-ı böyük şeytan adlandırıblar.

İraq hökuməti bu il koronavirus pandemiyasına görə, müxtəlif ölkələrdən zəvvarların Kərbəlaya gəlmələrini olduqca məhdudlaşdırıbdır. Lakin İraqın müxtəlif vilayətlərindən olan milyonlarla zəvvar Hüseyn Ərbəini mərasimində iştirak məqsədilə piyada şəklində Kərbəla vilayətinə doğru hərəkət etməkdədir.

Həşduşşəbi təşkilatı İraqın silahlı qüvvələrinin digər orqanlarının iştirakı ilə son iki-üç ildə bu ölkədə İŞİD-ə son qoyulduğunun bildirilməsinə rəğmən, İraqın həssas və strateji bölgələrində həmin terror qruplaşmasının qalıqları ilə mübarizədə çox uğurlu hərəkət edibdir. Belə ki, İŞİD-lə mübarizə adlandırılan beynəlxalq koalisiyanın bu terror qrupu ilə mübarizə bəhanəsilə İraqda qalması üzrə əsaslandırmasını şübhə altına alıbdır. /səhər tv/

Əlhəşduşşəbi-nin ən uzun bayrağı Ərbəin zəvvarlarının çiynində

captcha