IQNA

İndiyədək etibarını itirməyən qədim Quran tərcüməsi

8:16 - December 23, 2020
Xəbər sayı: 3488904
Tehran (IQNA) - Hindistanın Mumabi şəhərində 1872-ci ilin Aprel ayının 14-də anadan olmuş Quran hafizi və Quran mütərcimi Abdullah Yusif Əli Böyük Britaniyada yaşamışdır.

Hindistanın Mumabi şəhərində 1872-ci ilin Aprel ayının 14-də anadan olmuş Quran hafizi və Quran mütərcimi Abdullah Yusif Əli Böyük Britaniyada yaşamışdır.

Onun 1935-ci ildə İngilis dilinə tərcümə və nəşr etdiyi Quran nüsxəsi indiyədək Qurani-Kərimin ən etibarlı tərcümlərindən biri hesab edilir.

Abdullah Yusif Əlinin atası Britaniyanın Hindistanı müstəmləkə etdiyi zaman Hindistanın polis müfəttişi idi. Atası onu təhsil almaq üçün dini məktəbə göndərdi. O, mədrəsədə Quranı əzbərlədi, Quran təfsiri və İslam tarixini öyrəndi.

Daha sonra Mumabinin "Vilson" məktəbində təhsil almağa başlayan Abdullah İngilis və Ərəb dillərini də mükəmməl şəkildə mənimsəyə bildi. Sonra isə ali təhsilini İngilis dili və ədəbiyyatı üzrə başa vurdu. Sonrakı ali təhsilini Kembric universitetinin Saint John institutunda davam etdirdi.

«عبدالله یوسف علی» و ترجمه قرآنی که همچنان اعتبار دارد

İngiltərədə hüquqşünaslıq oxuyan Quran mütərcimi 1895-ci ildə vətənə dönərək bir çox rəsmi vəzifələrdə işlədi. 1914-cü ildə isə yenidən Londona qayıdaraq burada yaşamağa başladı.

O, Londonun "Woking" rayonunda məşhur Şah Cahan məscidinin idarəsi ilə məşğul oldu. Həmin illərdə Londonun Şərq Araşdırmaları Kollecində tədris və mühazirə edirdi.

Abdullah Yusif Əli məşhur şair və filosof İqbal Lahuri ilə görüşmək üçün yenidən Hindistana qayıtdı. İbqal Lahurinin təklifi və təşəbbüsü ilə 1925-ci ildə Lahurun İslam Universitetinin idarəsini öhdəsinə götürdü. Eyni halda Pəncab universitetində tədris etməyə başladı.

Həmin illərdə "İslami tərbiyə meyarları", "İslamın əsasları", "Əxlaqi tərbiyənin hədəflri və metodları", "İslamda insanın şəxsiyyəti" və "İslam risaləti" adlı kitabları çap və nəşr edildi.

Onun əsərləri arasında ən əhəmiyyətlisi Qurani-Kərimin İngilis dilinə tərcüməsi idi. Bu təkcə tərcümə deyil, həm də təfsir və şərh idi.

Bu tərcümə ilk dəfə 1934-cü ildə çap və nəşr edildi. 1938-ci ilədək üç dəfə yeni redaktə ilə çapı təzələndi. Və indiyədək də İngilis dilində geniş yayılmış ən etibarlı Quran tərcümələrindən biridir.

«عبدالله یوسف علی» و ترجمه قرآنی که همچنان اعتبار دارد

Abdullah Yusif Əli və Məhəmməd Marmaduk Piktalın Quran tərcümələri İngilis dilində ən geniş yayılmış və ən etibarlı tərcümələrdir.

Abdullah Yusif Əli bu tərcümənin üzərində 8 il işləmişdir.

O, Quran tərcüməsinin girişində Məhəmməd Əbdülhəkim Xan (Quranın İngiliscə mütərcimi:1905), Mövləvi Məhəmməd Əli (Quranın İngiliscə mütərcimi:1917) və Marmaduk Piktalın (1930) Quran tərcümələri barədə öz fikirlərini bildirib.

Abdullah Yusif Əli 1938-ci ildə Quran tərcüməsini digər müsəlmanlara çatdırmaq üçün İslam ölkələri, Avropa ölkələri və Şimali Amerikaya səfərlər etdi. 1947-ci ildə Londona qayıtdı.

Həyatının son illərini çox kasıb vəziyyətdə yaşayan Abdullah Yusif Əlini 1953-cü ildə London şəhərinin Fulhem rayonunda ürək infarktı səbəbi ilə dünyasını dəyişdi. /3941329

captcha